Futzal üzrə Azərbaycan millisi yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, təmsilçimiz səfərdə Qazaxıstan yığması ilə üz-üzə gəlib.
Aktaudakı "Halyk Arena"da baş tutan matçı yerli hakimlər Talqat Kosmukhambetov, Turekhan Tursumbayev və Roman Dzusov idarə ediblər.
Oyun qazaxların 5:3 hesablı qələbəsi ilə başa çatıb. Joze Alesio da Silvanın yetirmələrindən 7-ci və 16-cı dəqiqələrdə Ramiz Çovdarov, 12-ci dəqiqədə isə Rafael Vilela fərqlənib.
Bu komandalar arasında növbəti oyun sentyabrın 20-də olacaq.