Azərbaycan millisi DÇ-2024-ün əsas mərhələsi çərçivəsində Yunanıstanla (7:0) qarşılaşıb.
Fanat.Az xəbər verir ki, yığmanın baş məşqçisi Joze Alesio Da Silva ilk səfər matçındakı qələbəni belə dəyərləndirib:
“Uşaqları təbrik edirəm. Polşa ilə oyundan sonra düşərgəmizdəki vəziyyəti bilirdim, ona görə də oyunçuları matça daha çox psixoloji baxımdan hazırladıq. Çünki əksəriyyəti oyunun asan keçəcəyini düşünürdü. Köklənmə mən istəyən səviyyədə deyildi. Bununla belə, intizamlı oynadıq, qol buraxmadıq. Çalışırdıq ki, hesabı erkən açaq. Ardıcıl 2 qol vurduqdan sonra rəqib müdafiədən çıxmağa, əks-hücumlar qurmağa başladı. Bu da xeyrimizə işlədi. Sona 5 dəqiqə qalmış qapıçını da meydan oyunçusu ilə əvəzlədim. Hesabdakı fərqi artırmaq vacib idi. Çünki top fərqi yekunda gərəyimiz ola bilər. Yenə deyirəm, indi asan rəqib, rahat udulacaq komanda yoxdur. Gərək məşq zamanı, eləcə də oyundan əvvəl taktiki planda verilən tapşırıqları dəqiq yerinə yetirəsən. Bu gün bunu bacardıq və bəhrəsini gördük. Qrupun qalibi Polşadakı oyunda müəyyənləşəcək”.