UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” turnirə hazırlıq çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək.
Fanat.Az xəbər verir ki, ölkə çempionu Qazaxıstanın “Kayrat” klubu ilə yoldaşlıq oyunları keçirəcək.
Oyunlar oktyabrın 21-də və 22-də baş tutacaq. Bu üzdən ölkə çempionunun IV turda “Neftçi” İK ilə keçirəcəyi oyun qeyri-müəyyən vaxta təxirə salınıb.
Matçın keçirəcəyi məkan və vaxt hələlik müəyyənləşməyib.