UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın hazrılıq çərçivəsində Qazaxıstan çempionu “Kayrat”la görüşlərinin məkanı müəyyənləşib.
Fanat.Az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 21-də və 22-də baş tutacaq oyunlar Bakıda keçiriləcək.
Hər iki oyun saat 20:00-da başlayacaq və FHN-in Hövsan qəsəbəsində yerləşən İdman-Sağlamlıq mərkəzində keçiriləcək.