"Araz-Naxçıvan"in baş məşqçisi Joze Alesio Da Silva Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində bu gün "Lozniça Qrad"la oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, braziliyalı mütəxəssis 1:4 hesablı yenilgiyə belə bəraət qazandırmağa çalışıb:
"Ən yaxşı oyunumuzu keçirdik. Statistikaya baxdıq, köməkçi məşqçi Cordan 67 epizod yaratdığımızı, qapıya 31 zərbə endirdiyimizi dedi. Amma nəticə bunu gostərmir, bu qədər epizodumuz ola-ola cəmi 1 qol vurduq. Deməli, realizə ilə bağlı problemimiz var. Bu qədər epizodlardan istifadə edə bilmirsənsə, rəqib şansını qaçırmayacaq. "Lozniça Qrad" da təcrübəli komandadır.
Qrupdan çıxmaq şansımız qalmayıb, amma son turda "Mostar"la keçirəcəyimiz oyuna qələbə qazanmaq üçün çıxacağıq".
Qeyd edək ki, ilk turda İsveçin "Orebru" komandasına 2:5 hesabıyla uduzan "Araz-Naxçıvan" elit mərhələyə çıxmaq şansını itirib.