15:52 16.08.2024 3280

"Bir adam deyə bilməz ki..." - Azərbaycan güləşinin Parisdəki uğursuzluğuna sözardı

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Fransanın paytaxtı Parisdə təşkil edilən Yay Olimpiya Oyunlarına 48 idmançı ilə qatılan və çıxışını 7 medalla (2 qızıl, 2 gümüş, 3 bürünc) başa vuran Azərbaycan yekun sıralamada Xorvatiya ilə 30-31-ci pillələri bölüşdü. Əlbəttə, bunadək London-2012-də 32-ci olmuş ölkəmizin ən yaxşı göstəricisinə Fransada imza atması faktdır. Hər iki "qızıl"ı cüdo millimizin gətirməsi isə inanılmazın reallaşması anlamındadır. Təəssüf ki, güləşlə bağlı qurulan xəyallar suya düşdü. Hər olimpiadada ölkənin əsas "qızıl" ümidi olan pəhləvanlarımız ümumilikdə 3 "bürünc" qazana bildilər ki, bunlardan da ikisini milliləşdirilmiş legionerlər əldə etdi.


Nə gözləyirdik?

Güləş ölkəsi statusu daşıyan Azərbaycan Paris-2024-ə yetərincə geniş heyətlə qatılmışdı. Düzdür, bu idmançıların hamısının adından söz etdirməyəcəyi öncədən bəlli idi. Ancaq istənilən güləşsevər təmsilçilərimizin azı 5 medal qazanacaqlarını və onlardan heç olmasa, birinin əyarının qızıl olacağını proqnozlaşdırardı. Hələ ən nikbin güləş azarkeşləri iki dəst medaldan dəm vurur və buna ürəkdən inanırdılar. Təmsilçilərimizə olan inamın şübhəsiz, real əsası var idi. Fransaya yollanan heyət bütün hallarda, uğur vəd edirdi:

Sərbəst güləş
Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq), Maqomedxan Maqomedov (97 kq), Giorgi Meşvildişvili (125 kq)

Yunan-Roma güləşi
Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq), Sabah Şəriəti (130 kq)

Qadın güləşi
Mariya Stadnik (50 kq)


Sənana zədə, Rafiqə 36 yaş mane oldu

Öncə döşək üzərinə "klassiklər" çıxdılar. Murad Məmmədovun (60 kq) startda uduzması acı gerçəklik olsa da, böyük təəccüb doğurmadı. Məmmədov qeyri-sabit güləşçi imici qazanıb və ondan hər şey gözləmək mümkündür. Sənan Süleymanovun (77 kq) ortaya qoyduğu performans isə evə əliboş qayıtsa belə, başadüşüləndir. Peşəkar idmanda heç kim zədələrdən sığortalanmayıb. Üçüncü yer uğrunda görüşdə qırğızıstanlı Akjol Mahmudova yenilən (5:6) Süleymanov olimpiadadan öncə təlim-məşq toplanışında ayağından zədə almışdı. Əlbəttə, bu idmançının tam gücü ilə mübarizə apara bilməməsinı anlayışla qarşılamalıyıq. 

Əslində yarımfinalda Ukraynanı təmsil edən Pərviz Nəsibova sonuncu xal prinsipi ilə (3:3) məğlub olaraq finala çıxa bilməyən Həsrət Cəfərovun "qızıl" qazanmaması faciə deyil. 1/8 finalda Mohamed Elsayedini (Misir), 1/4 finalda isə Valentin Petiçi (Moldova) mübarizədən kənarlaşdıran Həsrətin 21 yaşı var və hələ qarşıda daha iki olimpiadada iştirak şansına malikdir. Buna rəğmən, bürünc medala sahib çıxan Cəfərovun Parisə əsas "qızıl" ümidlərimizdən biri qismində getdiyi də bəlli həqiqətdir. 

İkiqat dünya, üçqat Avropa çempionu, olimpiya "bürünc"ü olan Rafiq Hüseynovun 1/8 finalda macarıstanlı David Loşontsiyə məğlub olmasını (2:5) qəbul etmək çətindir. Təbii ki, ölkənin ən titullu güləçilərindən birinin ilk görüşdə mübarizəni dayandırması daha çox yaşla əlaqələndirilməlidir. Görünən budur ki, 36 yaşlı Rafiq daha əvvəlki deyil. Üstəlik, son dünya çempionluğunu 82 kq çəki dərəcəsində qazanan Hüseynovun çəkisini qaldırması da unudulmamalıdır. Bu məqamı yaş amilinə əlavə etsək, təcrübəli güləşçimizin niyə medal qazana bilməməsinin əsas səbəbləri aydınlaşar.

Parisdə medalsız qalan və ardından karyerasını bitirdiyini açıqlayan Sabah Şəriətinin püşkdə bəxtinin gətirmədiyini də fakt kimi təqdim etmək olar. 130 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/4 finalda kubalı Mixain Lopes Nunyeslə qarşılaşmaq məcburiyyətində (Sabah rəqibinə 1:4 hesabı ilə yenilmişdi) qalmasaydı, yəni digər səbətdə qərarlaşsaydı, bəlkə də finala çıxardı. Üçüncü yer uğrunda görüşdə iranlı Amin Mirzəzadəyə də gücünü göstərə bilməyən (0:4) Şəriətinin peşəkar güləşlə vidalaşması ən düzgün qərar idi. Düzdür, bu çəki dərəcəsində beynəlxalq arenalarda sözünü deyə biləcək yerli güləşçi tapmaq çətin məsələdir, lakin Sabahın da parlaq dönəmlərinin geridə qaldığı həqiqətdir. 

Yenə Muszukayev və ya 8 saniyənin hökmü

Turan Bayramovun (74 kq) 1/8 final görüşündə sona 8 saniyə qalmış üstünlüyü əldə verərək Çermen Valiyevə məğlub olması psixoloji və fiziki hazırlıq adına olduqca üzücü görünütü idi.Rəqibinin finala çıxa bilməməsi 23 yaşlı Turanın  medalszı qalmasını şərtləndirdi.  Əliabbas Rzazadə (57) barədə də eyni sözləri demək olar. Bu çəki dərəcəsində istənilən azərbaycanlı güləşçi mötəbər yarışlara favoritlərdən biri qismində qatılmalıdı. Belə deyilsə, problemin kökü olduqca dərindədir.

Üçüncü yeri tutmaq işinin öhdəsindən gələn milliləşdirilmiş əcnəbilərin - Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvilinin (125 kq) performanslarını xüsusi şəkildə incələməmək daha doğru olar. Reallıq budur ki, öz ölkəsinin ən yaxşısı sayılmayanlar başqa ölkələrin bayrağı altında həm şöhrət, həm də pul qazanmaq variantını qəbul edirlər. Digər tərəfdən, yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan güləşində bu çəki dərəcələrində yerli istedadlar tapmaq və onların arasından ən yaxşılarını seçmək müşkül məsələdir. Azərbaycan üçün heç bir yarışdan qızıl medal gətirməyən Osman Nurmaqomedovun (86 kq) fəxri kürsüyə qalxmamasında isə qeyri-adi nəsə axtarmağa dəyməz. 26 yaşlı Osmanın 3-cü yeri tutması böyük uğur sayılardı. 

Üçqat dünya, dördqat Avropa çempionu, iki olimpiya medalına sahib (Rio de Janeyro -2016 - bürünc, Tokio-2020 - gümüş) Hacı Əliyevdən gözləntilər daha çox idi. Fəqət Hacının əvvəlki yarışlarda da öhdəsindən gələ bilmədiyi İsmail Muszukayevlə (Macarıstan) 1/4 finalda üz-üzə gəlməsi vəziyyəti qəlizləşdirdi. 3-10 hesablı yenilgi əslində hər şeyi deyir. Muszukayevin özünün yarımfinalda iran idmançısına 0:10 hesabı ilə məğlub olması isə Əliyevin Parisdə uzağı bürünc medal götürə biləcəyini düşünməyə vadar edir. Bizə karyerasını bitirən Hacıya əvvəlki uğurlarına görə təşəkkür etmək qalır. Onun yerini başqa yerli ulduzun tutacağı ilə bağlı yeni xəyallar qurmalıyıq.

Bizim Mariya da bacarmadı

Hə, qadın güləşindəki yeganə təmsilçimiz Mariya Stadnik (50 kq) kareyrasına daha parlaq nöqtə qoya bilərdi. Amma ikiqat dünya, doqquzqat Avropa çempionu, Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı olan 36 yaşlı milliləşdirilmiş ukraynalı Fransada 1/4 final mərhələsində dayandı. O, Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjavla sonuncu xal prinsipi (4:4) yenildi və rəqibi finala çıxmağı bacarmadığı üçün təsəlliverici görüşlərə də qatıla bilmədi. Mariyanı Fransada medalsız qaldığına görə qınamaq yetərincə mübahisəli məqamdır. Karyerasının parlaq dönəmlərində belə, olimpiya "qızıl"ı arzusu həyata keçməyən Stadnikdən Parisdə medal umanlar isə yaşını nəzərə alaraq təsəlli tapmalıdırlar. Düzdür, o, hələ karyerasını bitirməyib, ancaq bundan sonra Mariya üçün olimpiya dəftərinin qapandığı dəqiqdir.

"Bir adam deyə bilməz ki, haqqımı yeyib başqasını apardılar"

Azərbaycan güləşçilərinin Paris-2024-dəki uğursuzluğuna güləş mütəxəssisi Təhmasib İsayevdən münasibət öyrənməyi vacib saydıq. Onun Fanat.Az-a açıqlaması belə oldu: 

"Azərbaycan güləş federasiyası Yığma komandaların olimpiada tsiklində yüksək səviyyədə hazırlığı üçün nə lazım idisə o da olunmuşdu. Ölkədaxili və ölkədən kənara təlim məşq toplanışlarından tutmuş, vitaminizasiyası, beynəlxalq turnirlərdə iştirakını təmin etməyə qədər hamısını yüksək səviyyədə təşkil etmişdilər. İstər sərbəst güləş olsun, istər yunan-Roma güləşi, istərsə qadın güləşi, hamısının məşqçilər heyəti çox keyfiyyətli, işinin peşəkarı olan və işinə məsuliyyətlə yanaşan, vətənpərvər, dünya, Avropa, olimpiya titullu keçmiş güləşcilərimizdən ibarət idi. Hətta yığma komandamızı Yay Olimpiya Oyunlarında təmsil edən pəhləvanlarımız belə, öz çəkilərində ölkəmizin ən yaxşıları idi. Bir adam deyə bilməz ki, mən getməli idim, mənim haqqımı yeyib başqasını apardılar. Gedənlərin hamısı zəhmət çəkib, özləri öz lisenziyalarını alıb getmişdilər. Rafiqə, Stadnikə, Hacıya yaşlarına görə etiraz edənlər bilməlidir ki, onlardan yaxşısı olsa idi, o gedərdi. Yaşlıdır? Çox gözəl, biri çıxıb udsun onları və həmin adam da getsin. Seçim təkcə ölkə çempionatının nəticələrinə görə yox, idmançıların beynəlxalq miqyasda göstərdiyi nəticə və güləşə görə edilir. Yunan-Roma yığmasına içi mən qarışıq, çox insanımızın böyük ümidi var idi. Amma Muradın venesuellalı rəqibinə gözlənilmədən məğlub olması onun finala qədər gedə biləcəyi yolun üstündən xətt çəkdi. Sənan ölüm qrupunda sözün əsl mənasında, tək ayaqla güləşdi və yarımfinala qədər gəldi. Amma ordan o tərəfə nəticə verməsinə zədəsi imkan vermədi. Həsrətdən isə bu yarışda heç kim güləşərək xal ala bilmədi. Yarımfinaldakı məğlubiyyətini isə deyərdim ki, təcrübəli rəqibinə, həmyerlimiz Nəsibova texniki səhv edərək hədiyyə etdi. İnanıram ki, Həsrət 2028-cı ildəki Yay Olimpiya Oyunlardında psixoloji olaraq daha hazırlıqlı olacaq və çempionluğu bayram edərək bizləri sevindirəcək. Sərbəst və qadın güləşində isə mənə görə sürpriz yaşanmadı. Kimlər nəticə verə biləcək formada idisə, onlar da nəticə verdilər. 65 və 57 kq çəki drəcələrində amansız rəqabəti bütün dünya gördü".

 

Nihat Ağasoy

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.


 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyul 2026
11:50

Bakıda Avropa Cüdo Ümidləri Turniri start götürdü

11:06

Almanlar "Real Madrid"in 100 milyon avroluq təklifini geri çevirdilər

10:34

Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib

10:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:48

"Barselona"da şok itki: Ulduz futbolçu ili erkən başa vurdu

09:00

İtaliya millisinin yeni baş məşqçisi bilindi - SON DURUM

24 İyul 2026
23:51

"Qalatasaray" İtaliya klubuna məğlub oldu

23:32

"Çelsi" Maksans Lakrua transferini tamamladı: 60 milyon avro

22:42

“İmişli” - “Araz-Naxçıvan” oyununda heç-heçə

22:14

Ceyhun Nuriyev "Araz-Naxçıvan"da

21:50

"Liverpul" Vinisius Junioru transfer etmək niyyətindədir

21:14

"Arsenal" Bruno Gimarayeşlə şəxsi şərtlərdə razılıq əldə etdi

20:48

Karlo Ançelotti İtaliya milli komandasını rədd etdi

20:12

"Daha bir legioner transferi gözlənilir" - Azər Bağırov

19:42

Nikolas Otamendi Argentina milli komandasından getdi

19:12

"Liverpul" Niko Uilyams uğrunda mübarizəyə qoşuldu

18:41

Kriştianu Ronaldu getdikdən sonra Portuqaliya gəlir itkisi ilə üzləşəcək

18:03

"Sabah" KL-in kandarında, "Zirə"nin də işi bitməyib

17:42

Ronaldu karyerasını bitirir

17:23

"Xankəndi" yeni hücumçusunu açıqladı

17:05

"Neftçi" İdman Klubu yeni loqosunu təqdim etdi

16:47

"Mənə elə gəlir ki, rəqib meydanında biz qalib gələcəyik"

16:26

"Zirə" - "Payde" oyunu xorvatiyalı hakimlərə tapşırıldı

16:08

Paytaxt klubu yetirməsi ilə vidalaşdı

15:49

"Neftçi" "Dinamo Minsk"lə oyuna bu tarixdə yollanacaq

15:31

"Şanslar hələ 50-nin 50-yədir" - Aslan Kərimov

15:13

"Yeni nəsə icad etməyəcəyəm, amma..." - Yürgen Kloppdan ilk açıqlama

14:55

"Aldığım zədədən sonra Premyer Liqa təmsilçiləri maraq göstərmədilər, amma..." - Süleyman Əhmədov

14:38

MOİK Xankəndidə oynasa belə...

14:20

"Qarabağ"ın Bolqarıstana səfər planı bilindi

14:02

Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi - RƏSMİ

13:46

Klopp rəsmən Almaniya millisində!

13:28

Millimiz Qazaxıstanla üz-üzə

13:10

"Qalatasaray" 50 milyon avroluq müdafiəçi ilə güclənir

12:47

Elxan Səmədov yenidən PFL prezidenti seçildi

12:33

"Çelsi" axtardığını Premyer Liqada tapdı

12:15

Argentinalı ulduz millidən getdi - Özü açıqladı

11:56

Adı "Qalatasaray"la hallanan futbolçu son qərarını verdi

11:38

Rafael Leau "Fənərbağça"ya bu şərtlərlə gəlir - DETALLAR

11:20

PFL prezidenti postuna seçki keçirilir

Facebookdan bizi izləməyi unutmayın.
X