"Barselona"da oyun praktikasından əziyyət çəkən sol cinah hücumçusu Ansi Fatinin növbəti mövsümə harada başlaya biləcəyi açıqlanıb.
Fanat.Az "TodoFichajes"ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçunun xidmətində digər Kataloniya təmsilçisi "Jirona" maraqlıdır.
Məlumata görə, "qırmızı-ağlar" Fatini uzun müddətə icarəyə götürmək istəyirlər.
Qeyd edək ki, sözügedən vinger cari mövsüm "blauqrana"nın firması ilə 8 matça çıxsa da, məhsuldar göstəricilərlə yadda qalmayıb. "Transfermarkt" portalı onun teansfer qiymətini 5 milyon avro ilə qiymətləndirir.
Nihat