Rusiya millisinin heyətində dünya çempionu olmuş güləşçi, 2021-ci ildən Serbiya yığmasının uğurları üçün çalışan Xetaq Tsabolov 6 il müddətinə diskvalifikasiya edilib.
Fanat.Az TASS-a istinadən xəbər verir, buna idmançının antidopinq qaydalarını pozması səbəb olub.
Güləşçi Ümumdünya Antidopinq Məcəlləsinin 2.5-ci maddəsinə əsasən dopinq-testdən yayınma, imtina və ya gəlməmə səbəbi ilə idmandan kənarlaşdırılıb.
Qeyd edək ki, Tsabolov Rusiya yığmasının heyətində 2014-cü ildə dünya çempionu adını qazanıb. O, həmçinin 2017-ci ildə dünya çempionatının gümüş medalını qazanıb. Güləşçi Serbiya yığmasının heyətində 2023-cü ildə Avropa çempionatının bürünc mükafatçısı olub.