14:39 19.09.2020 1080

\"Əminəm ki, federasiya lazımi dəstəyi göstərəcək\" - Millimizin üzvü

Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının üzvü, 2 qat Avropa çempionu və dünya çempionatının gümüş mükafatçısı Rafiq Hüseynov bugünkü açıq məşq zamanı brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
 
Fanat.Az həmin müsahibəni təqdim edir...

- Ümumi hazırlıqlar necə gedir?
- Hazırda açıq havada məşqlərimizə davam edirik. Hava şəraiti də buna imkan verir. Pandemiyanın sərt karantin dövründə yığma məşqçilərinin verdiyi xüsusi proqram əsasında ev şəraitində hazırlaşırdıq. Federasiya bunun üçün bizi bütün lazımi idman ləvazimatları ilə təmin etmişdi.

- Ev şəraitindən açıq havada məşqə qayıdış zamanı ən çox hansı çətinliklərlə üzləşdiniz?
- Əslində mən bağ şəraitində məşq edirdim. Orada qaçış, velosiped trenajorları var idi. Bu baxımdan, mənim üçün açıq havada məşqlərə qayıtmaq çətin olmadı. Amma rəqiblərlə işləmək tam fərqlidir. Bilirsiniz ki, güləş kontakt idman növüdür. Bu mənada rəqiblərlə birlikdə işləməliyik. Düzdür, həminki formada deyilik. Amma ümid edirəm ki, 1 ay ərzində əvvəlki fiziki vəziyyətimizə qayıdacağıq.

- Bu il keçirilməli olan dünya çempionatının təxirə salına biləcəyini nəzərə alsaq, kollektivdə ümumi ab-hava necədir?
- Hədəfimiz Tokio-2020 Yay Olimpiya Oyunlarıdır. Qarşımıza belə bir məqsəd qoymuşuqsa, dünya çempionatının təxirə salınması bizi təəssüfləndirməməlidir. İşimiz məşq etməkdir. Ümid edirik ki, o vaxtadək koronavirus vaksini tapılacaq, olimpiada təxirə salınmayacaq və yarışda çıxış edəcəyik. Amma dünya çempionatının taleyi hələ bilinmir. Oktyabrın 5-də Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin iclasında yarışın keçirilib-keçirilməyəcəyinə aydınlıq gələcək.

- İdmançılar aktiv həyat tərzinə öyrəşiblər. Karantin vaxtı evdə qalmaq çətinlik yaratmadı?
- Mən evdə oturmurdum. Bağ şəraiti olduğu üçün rahat idim. Səhərlər qaçışla məşğul olur, bəzən velosiped sürürdüm. Bu mənada çətin olmadı. Amma biz dünyanı gəzməyə öyrəşmişik. Ayda 2-3 səfərimiz olurdu. Hazırda isə səfərlərimiz yoxdur və bizə çətin gəlir. Ən ağırı odur ki, yarışlardan uzaq qalmışıq. Yarış vəziyyətinə qayıtmaq bizim üçün çətin olacaq. Əminəm ki, federasiya rəhbərliyi bunu nəzərdə saxlayıb və lazımi dəstəyi göstərəcək.

- Pandemiyanın maliyyə fəsadları da oldu. İdmançının pulu idmandan çıxır. Bu dövrdə maddi çətinliklə üzləşmədiniz?
- Nəticə vermiş güləşçilər dövlətin diqqət mərkəzindədir və onlar müxtəlif işlərlə təmin olunublar. Məsələn, mən hərbi sistemdəyəm, ordu zabitiyəm. Biri Sərhəd Qoşunlarının zabitidir, digəri polisdir.Vaxtında maaşlarımızı aldığımız üçün maddi çətinliyimiz olmadı. Biz digər idman növlərindəki kimi böyük Qran-prilərdə böyük pullar qazanmırıq. Yarışlar olmasa da, federasiyadan, dövlətdən məvacibimi alırdım.

- Tokio olimpiadasının təxirə salınması güləşçilərə necə təsir etdi? Ruhdan düşmə, həvəssizlik halları hiss olunmur?
- Əlbəttə, bu, xoşagələn hal deyil. Təsəvvür edin, illərlə hazırlaşdığınız yarış bir anda təxirə salınır. Nə etmək olar? Bu problemlə təkcə bizim komanda üzləşməyib. Fikrimcə, digər idmançılar da mənim kimi təəssüflənirlər. İstək varsa, səbr edəcək, gözləyəcək və vaxtı çatanda çıxıb güləşəcəksən. İstək yoxdursa, təxirəsalmanın da heç bir mənası qalmır. Özüm barədə deyə bilərəm ki, olimpiya medalını qazanmaq istəyim var. 2021-ci ili gözləyək. Ümid edək ki, vaksin tapılacaq.

- Olimpiada vaksin tapılmasa belə, keçirilə bilər. Bayaq özünüz də qeyd etdiniz ki, güləş kontakt idman növüdür. Bu mənada, yarış zamanı koronavirusa yoluxma ilə bağlı hansısa narahatlıq var?
- Yaponiyanın keçmiş baş naziri demişdi ki, olimpiadayadək vaksinin tapılması elan edilməsə, yarış təxirə salınacaq. Açığı, mən də o fikirdəyəm. Amma hazırda vaksinin sınaqlarının 3-cü mərhələsidir. İnanırıq ki, sınaqlar uğurla başa çatacaq və idmançılar üçün yol açılacaq. Bilirsiniz, güləş velosiped, tennis kimi növlərdən deyil ki, bir-birimizlə məsafə saxlayaq. Vaksinsiz çox çətin olacaq. Çünki orada 1 görüş keçirmirik. Hər çəkidə 30-40 nəfər idmançı olur. 8 çəki dərəcəsi olduğunu nəzərə alsaq, bu qədər güləşçini nəzarətdə saxlamaq çətindir. Aralarında bir nəfər xəstə olarsa, kütləvi yoluxma ola bilər. İnanmıram ki, vaksin tapılana və ya dünyada pandemiya ilə bağlı vəziyyət düzələnədək bizim yarışlar keçirilsin. (Report.az)
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2025
14:02

"Neftçi" 10 futbolçusunu göndərməyə qərar verdi - ADLAR

13:43

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

13:24

Kriştianu Ronaldunun karyerasını nə vaxt bitirəcəyi açıqlandı

13:06

"O, Almaniya tarixinin ən yaxşı futbolçusudur" - Yürgen Klopp

12:49

Azərbaycan gimnastlarından Avropa kubokunda 5 medal qazandılar

12:31

Mahir Emreli Almaniyada rəmzi komandaya düşdü - FOTO

12:13

Niderlandlı yarımmüdafiəçisi "Mançester Siti" və "Real" arasında seçimini etdi

11:55

"Qarabağ" 32 komandaya bu aqibəti yaşadıb

11:38

"Barselona" üçün necə oyunçular transfer etməli olduğumuzu bilirəm" - Hans-Diter Flik

11:19

Gənclər Liqası: Lider də böyük hesabla qalib gəldi, ən yaxın izləyicisi də

11:00

ÇL-in liqa mərhələsinə birbaşa vəsiqə əldə edən "Qalatasaray"ın qazancı bəlli oldu - MƏBLƏĞ

10:41

Leroy Sane İngiltərəyə qayıdır - Premyer Liqadan 4-cü təklif

10:23

Andrade "Qarabağ" - "Kəpəz" duelinin tarixinə düşdü

10:06

“Heydər Əliyev kuboku-2025”: Səkkiz boksçumuz yarımfinala, ikisi finala adladı

09:48

“Araz-Naxçıvan” bürünc medalları təmin etdi, “Neftçi” gec oyandı – Tura baxış

09:25

"Bu şəkildə vidalaşa bildiyim üçün şadam" - Mahir Emreli

09:00

"Mançester Siti" braziliyalı futbolçu ilə anlaşdı - SON DURUM

01:16

İtaliya A Seriyası: "Napoli" də büdrədi, "İnter" də

00:40

İPL: "Arsenal" tək qolla qazandı

00:18

İspaniya La Liqası: "Barselona" öz meydanında uduzdu, "Real" səfərdə qalib gəldi

18 May 2025
23:57

Türkiyə Super Liqası: "Qalatasaray" 25-ci çempionluğunu darmadağınla qazandı

23:19

"Turan Tovuz"un əvəzedicilərindən inamlı qələbə

22:40

"Qarabağ" mükafatlandırıldı - VİDEO

22:13

"Lazım olduqca sponsorlarla dil tapacağıq" - Qurban Qurbanov

21:50

"Bizdə nədənsə zəiflərə qarşı antipatiya var" - Azər Bağırov

21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X