16:52 06.01.2021 993

"Bizdən gözləntilər böyükdür" - Hacı Əliyev

"Pandemiya ilə əlaqədar 2020-ci ildə yalnız Fərdi Dünya Kubokunda iştirak edə bildim. Ümid edirəm ki, bu il UWW-nin təqvim planında yer alan yarışlarla bağlı hər hansı problem yaranmaz".

Fanat.Az xəbər verir ki, bu fikirləri Azərbaycanın 3 qat Avropa və 3 qat dünya çempionu olan sərbəst güləşçisi Hacı Əliyev federasiyanın rəsmi saytına açıqlamasında deyib.

30 yaşlı idmançı yarışlara ciddi şəkildə hazırlaşdıqlarını vurğulayıb: "Məqsədimiz əvvəlcə Olimpiadaya lisenziya qazanmaq, daha sonra isə Tokioda ölkəmizi uğurla təmsil etməkdir".

Titullu güləşçi baş məşqçi Namiq Abdullayevin rəhbərliyi altında ümidləri doğrultmağa çalışacaqlarını söyləyib: "Namiq Abdullayev olimpiya çempionu kimi hər birimizin fəxridir. Onun idmançı karyerası və göstərdiyi xarakter bizim üçün nümunədir. Mən də daxil olmaqla, bir çox idmançının kumiridir. Əlbəttə, belə insanın rəhbərliyi altında çalışmaq qürurvericidir. Yığma komandanın üzvləri onun bilik və bacarığından, təcrübəsindən faydalana bilər. Fürsətdən istifadə edib qeyd edim ki, bu yaxınlarda mətbuatdan çıxan müsahibəm bəzi media orqanlarında yanlış formada şərh olunub. Təəssüf ki, fikirlərim fərqli şəkildə yozulub və bu da məni olduqca məyus etdi. Mən heç vaxt Namiq Abdullayevin məşqçilik bacarığına şübhə ilə yanaşmamışam. Belə fikir səsləndirməyim əsla mümkün deyil. Əksinə, inanıram ki, güləşçi kimi adını idman tariximizə yazan Namiq Abdullayev məşqçi kimi də millidə uğur qazanacaq”.

Əliyev sonda azarkeşlərə səslənib: "Güləş ölkəmizə ən çox olimpiya medalı bəxş edən idman növüdür. Ona görə də bizdən gözləntilər böyükdür. Güləşsevərlərə demək istəyirəm ki, Azərbaycan Güləş Federasiyası tərəfindən bütün şərait yaradılıb və təlim-məşq toplanışları ən yüksək səviyyədə davam edir. Qida, məskunlaşma və vitamin təminatı ilə bağlı hər hansı sıxıntıdan söhbət gedə bilməz. Lisenziya turnirlərinə qədər ölkə xaricində də toplanışların da keçirilməsi nəzərdə tutulub. Bütün bu görülən işlərin qarşılığında güləşçilərimizin növbəti dəfə ümidləri doğruldacağına inanıram”.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

Facebookdan bizi izləməyi unutmayın.
X