21:48 19.03.2021 1268

Hacı erməniyə uduzdu, Hacımurad da "qızıl" ala bilmədi

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya Təsnifat turniri keçirilir.
 
Fanat.Az xəbər verir ki, ilk yarış günündə sərbəst güləşçilər Olimpiadaya lisenziya sahiblərini müəyyyənləşdirib. 
 
İslam Bazarqanov debütdə Almaniya təmsilçisi üzərində inamlı qələbə qazanıb. Yığma üzvü daha sonra Rumıniyadan olan həmkarını vaxtından əvvəl xalçadan məyus yola salıb. Ancaq finalın bir addımlığında bolqar güləşçiyə uduzan Bazarqanov lisenziya qazanmaq şansını itirib. 
 
Hacı Əliyev startda Böyük Britaniya idmançısına tam üstünlüklə qalib gəlib. Titullu güləşçimiz 2019-cu ildə Avropa çempionatının finalında məğlub etdiyi türkiyəli rəqibindən növbəti dəfə güclü olaraq yarımfinala yüksəlib. Moldova güləşçisinə də qalib gələn Əliyev finala yüksəlməklə Olimpiadaya lisenziya əldə edib. Hacı finalda erməni rəqibinə 0:9 hesabıyla yenilib.
 
Hacımurad Hacıyev ilk görüşdə fransız rəqibini "tuşe" ilə mübarizədən kənarlaşdırıb. Milli üzvü 1/4 finalda əzmkarlıq nümayiş etdirərək son saniyələrdə həyata keçirdiyi uğurlu fəndlə Macarıstan təmsilçisini üstələyib və yarımfinala adlayıb. Bu mərhələdə Rumıniya idmançısına da gücünü göstərən Hacıyev həm yarışın finalına, həm də Olimpiya Oyunlarına vəsiqə qazanıb.
 
Abubakr Abakarov 1/8 finalda yerli güləşçini sıradan çıxarıb. Ancaq növbəti mərhələdə Türkiyə pəhləvanına sonuncu xal prinsipinə əsasən məğlub olub. Martın 19-da təsəlliverici görüşdə erməni güləşçiylə qarşılaşan Abakarov prinsipial dueldən qalib ayrılıb.

Mübarizəyə 1/4 finaldan qoşulan Camaləddin Məhəmmədov finlandiyalı həmkarına qalib gələrək yarımfinala vəsiqə qazanıb. Lisenziyanın sahibinin müəyyənləşdiyi görüşə inamlı start verən təcrübəli güləşçimiz alman rəqibi üzərində 4:0 hesablı üstünlük qursa da, aldığı zədə üzündən məğlubiyyətdən qaça bilməyib.
 
Beləliklə, Avropa Olimpiya Təsnifat turnirində sərbəst güləşçilər Olimpiadaya 2 lisenziya qazanıb. Bununla da güləşin bu növündə lisenziyalarımızın sayı 3-ə çatıb. Xatırladaq ki, 2019-cu ildə keçirilən dünya çempionatında Şərif Şərifov gümüş medal qazanaraq 97 kq-da Olimpiya Oyunlarına vəsiqə əldə etmişdi.
 
Sərbəst güləş üzrə medallar uğrunda qarşılaşmalar martın 19-da keçirilib. Hacı Əliyevlə Hacımurad Hacıyev gümüş, İslam Bazarqanov və Camaləddin Məhəmmədov isə bürünc medal qazanıb. Beləliklə, yığmamız bu yarışı 2 gümüş və 2 bürünc medalla başa vurub.
 
57 kq
1/8 final: İslam Bazarqanov - Niklas Steşele (Almaniya) 5:0
1/4 final: İslam Bazarqanov - Razvan Kovaçs (Rumıniya) 10:0
1/2 final: İslam Bazarqanov - Georgi Vangelov (Bolqarıstan) 1:9
Bürünc medal görüşü: İslam Bazarqanov - Petru Krakiun (Moldova) +:-
 
65 kq
1/8 final: Hacı Əliyev - George Ramm (Böyük Britaniya) 13:2
1/4 final: Hacı Əliyev - Selahattin Kılıçsallayan (Türkiyə) 5:2
1/2 final: Hacı Əliyev - Maksim Sakultan (Moldova) 5:1
FİNAL: Hacı Əliyev - Vazgen Tevanyan (Ermənistan) 0:9
 
74 kq
1/8 final: Hacımurad Hacıyev - Andre Afa (Fransa) 13:6 (tuşe)
1/4 final: Hacımurad Hacıyev - Murad Kuramaqomedov (Macarıstan) 5:4
1/2 final: Hacımurad Hacıyev - Maksim Vasiloqlo (Rumıniya) 7:0
Final: Hacımurad Hacıyev - Avtandil Kentçadze (Gürcüstan) -:+
 
86 kq
1/8 final: Abubakr Abakarov - İştvan Vereb (Macarıstan) 10:5
1/4 final: Abubakr Abakarov - Osman Göçen (Türkiyə) 4:4*
Təsəlliverici görüş: Abubakr Abakarov - Hovannes Mxitaryan (Ermənistan) 8:5
Bürünc medal görüşü: Abubakr Abakarov - Boris Makoyev (Slovakiya) 5:7
 
125 kq
1/4 final: Camaləddin Məhəmmədov - Tapani Heyno (Finlandiya) 3:1
1/2 final: Camaləddin Məhəmmədov - Gennadi Kudinoviç (Almaniya) 6:15
Bürünc medal görüşü: Camaləddin Məhəmmədov - Paris Karepi (Albaniya) 11:0
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

Facebookdan bizi izləməyi unutmayın.
X