16:27 25.08.2021 6792

İki ermənini yenən 18 yaşlı dünya çempionumuz: \"Gözümün qarşısına...\"

Rusiyanın Ufa şəhərində keçirilən güləş üzrə gənclərin dünya çempionatında Azərbaycana yeganə qızıl medalı qazandıran Həsrət Cəfərov Fanat.Az-a müsahibə verib. 67 kiloqram çəki dərəcəsində yarışan 18 yaşlı yunan-Roma güləşçisi mundialdakı çıxışından, erməni rəqiblərlə görüşdə hiss etdiklərindən və əlindən çıxan Tokio 2020 imkanından danışıb. 

- Sizi yaxından tanıyaq.

- 5 oktyabr 2002-ci ildə Goranboy rayonunun Qaradağlı kəndində anadan olmuşam. Güləşdə ilk addımlarımı da kəndimizdə atmışam. Böyük qardaşıma baxıb güləşə həvəslənmişəm. 7-ci sinifdən isə Bakıya - Respublika Olimpiya İdman Liseyinə gəlmişəm.

- Dünya çempionatına qədər Avropa birinciliyində qalib olmuşdunuz. İl ərzində belə uğurlu çıxışınızın sirri nədir?

- Pandemiya vaxtı heç bir yarış olmasa da, intensiv məşqlər keçmişdik. Demək olar, dayanmamışdıq. Həsən müəllim (red: yunan-Roma güləşi üzrə böyüklərdən ibarət millimizin məşqçisi Həsən Əliyevi nəzərdə tutur) məni öz nəzarətinə götürdü. Onun fərdi məşqləri mənə çox yaxşı təsir etdi.

- Dünya çempionatının final görüşünə özünüzə çox əmin, bir qədər də emosional şəkildə çıxdınız. Bu, qarşınızdakı rəqibin erməni olmasına görə idi?

- Dünya çempionatında bütün görüşlərə elə gəlmişdim. Özümə güvənirdim. Bu, həm də qarşımdakı rəqibə psixoloji təsir məqsədi daşıyırdı. Ümumiyyətlə, Həsən Əliyev məni psixoloji cəhətdən yarışa çox yaxşı hazırlamışdı. Tez-tez təkrarlayırdı ki, sən böyüklərin yarışında güləşəsi adamsan, gənclərin turniri sənin üçün heç nədir  Deyirdi, "qızıl"sız gəlmə, gümüş, bürünc medal nə sənə lazımdır, nə mənə. Həsən müəllim həmişə deyir ki, imkan verməyəcəyəm sən mənim buraxdığım səhvləri edəsən.

- Məlumdur ki, ermənilərlə görüşlərdə yerli idmançıların üzərində psixoloji təzyiq olur. Siz isə yarış ərzində iki erməni əsilli güləşçi ilə üz-üzə gəldiniz. Bu məqama necə yanaşırdınız?

- Gözümün qarşısına Qarabağ müharibələri, orada şəhid olan həmvətənlərimiz gəldi. Nə qədər "bu, idmandır" desək də, qarşındakı ermənidirsə, istər-istəməz məsuliyyət ağır olur. Ancaq mən hər ikisini udacağıma əmin idim. Təbii ki, onlar üzərində qələbə qazanmağım çempionluğumun dəyərini daha da artırır.

- Sizin çəki dərəcəsində böyüklərdən ibarət yığmada  boşluq var. İki ay sonra isə dünya çempionatı olacaq. Oslodakı mundialda iştirakınız mümkündür?

- Dünya çempionatından əvvəl I MDB Oyunları var. Orada da hədəfim ancaq qızıl medaldır. İnşallah, ondan sonra məqsəd böyüklərin dünya çempionatıdır. Ora da böyük ehtimalla mən gedəcəyəm. Əslində, Tokio-2020 Olimpiya Oyunlarında da iştirak edə bilərdim. Avropa Təsnifat yarışından öncə İslambek Dadovla aramızda yoxlama görüşü olmuşdu. Mən o vaxt 67 kiloqram çəki dərəcəsinə yeni keçsəm də, onun üzərində qələbə qazanmışdım. Sadəcə, artıq gec idi, yarışa çox az qalmışdı. Dünya Təsnifat turnirinə isə titullu güləşçimiz Rəsul Çunayev gedəsi oldu.

- Çunayev Dünya Təsnifatda sonradan Olimpiya Oyunlarının gümüş mükafatçısı olan Azərbaycan əsilli Ukrayna güləşçisi Pərviz Nəsibova uduzmuşdu. Sizə görə, həmin idmançı keçiləsi rəqibdir?

- Deyə bilmərəm ki, Olimpiya Oyunlarından medal gətirərdim. Ancaq lisenziya alardım. Bu yaşda Olimpiada ab-havasını duymaq gələcək karyerama da yaxşı təsir edərdi. Pərvizə gəldikdə, əzmkar güləşçidir, amma elə bir xüsusi gücə, bacarığa sahib olduğunu düşünmürəm. Məncə, keçmək olardı.

Sahib Əsədbəyli
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

31 Mart 2025
23:26

Türkiyə Super Liqası: "Başakşəhər" 3 xalı 3 qolla qazandı

22:51

Rinqdə huşunu itirən boksçu dünyasını dəyişdi

22:24

"Mançester Siti" Holandsız qaldı - İnsayder son durumu açıqladı

21:50

İrlandiya parlamentinin üzvləri Makqreqoru prezident görmək istəyirlərmi? - SORĞU

21:03

"Səbail"in və "Şamaxı"nın əvəzediciləri eyni hesabla coşdular

20:48

Azərbaycanlı FİFA referisinə UEFA-dan növbəti təyinat

20:05

"Bu məlumatlar tamamilə yalandır" - Fernandu Santuş

19:52

"Barselona"nın nümayəndələri Azərbaycana gəldilər - İki stadiona baxış keçirdilər

19:28

Oyunun ən yaxşı futbolçusuna 120 ədəd yumurta verdilər

18:49

"Azərbaycanın ən güclü komandası olduğumuzu sübut etdik" - Detrek Brauninq

17:44

Rusiyalı tennisçinin idman vətəndaşlığını dəyişdiyi rəsmən təsdiqləndi

17:25

Emil "Kür" üzərində qələbəni dəyərləndirdi

16:58

U-10 və U-12 liqalarının seçilənləri Tovuzda mükafatlandırıldı

16:23

"O da Kriştianu kimi əfsanə olacaq"

15:40

"Milan" ABŞ-yə getməyəcək

15:18

"Futbol əvvəllər başqa idman növü idi" - Ançelotti yenə şikayətləndi

14:56

Emil Mustafayev oynadı, "Çernomorets"i "kötəklədilər"

14:13

"Neftçi" "Sabah"la matçın bilet qiymətlərini endirdi

13:50

Lukakudan yubiley qolu

13:22

Son 7 mövsümdə ilk

12:45

"Qarabağ"la "Zirə"dən başqa qələbə qazanan olmadı - Tura baxış

12:21

400-cü 3:0

11:57

Klopp Avropa nəhənginin baş məşqçisi olmağa əsas namizəddir

11:20

PSJ "Milan"ın rekordunu təkrarladı

10:41

Holand zədələnərək bu vəziyyətə düşdü - FOTO

10:12

Cokoviç finalda 19 yaşlı tennisçiyə uduzdu

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:00

"Bu, inanılmaz uğurdur" - Pep Qvardiola

01:30

La Liqa: "Barselona" Kataloniya derbisini darmadağınla qazandı

01:14

Liqa 1: "Brest" səfərdə, "Lill" evdə sevindi

00:56

A Seriyası: "Napoli" "Milan"ı məğlub etdi

00:20

"Mançester Siti" yarımfinalda!

30 Mart 2025
23:51

Kantedən nəcib addım - 5 milyon xərclədi

23:15

"Arsenal"da yeni təyinat - RƏSMİ

22:46

Azərbaycan Kubokunun qalibi bilindi

22:20

Almaniya Bundesliqası: "Union Berlin"dən əzmkar, "Borussiya Dortmund"dan inamlı qələbə

21:54

Əvəzedicilər Liqası: Üç xal Bakı komandalarının oldu

21:13

"Oyuna yaxşı köklənmişdik" - Rəşad Sadıqov

20:50

"Şamaxı"nın məşqçisi "Zirə"yə məğlubiyyətdən nə danışdı?

20:25

Mahir Emreli oynadı, komandası...

Facebookdan bizi izləməyi unutmayın.
X