Noyabrın 1-dən 7-dək Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilər arasında dünya çempionatı keçiriləcək.
Fanat.Az xəbər verir ki, Dünya Güləş Birliyi mundialda iştirak edəcək komandaların ilkin tərkibini açıqlayıb.
Azərbaycan Güləş Federasiyası yarış üçün 21 güləşçi sifariş edib. Onlardan 9-u sərbəst, 7-si yunan-Roma, 5-i isə qadın güləşi yığmasının üzvüdür.
Heyətə 2-10 oktyabrda Norveçin paytaxtı Osloda keçirilən böyüklərin dünya çempionatının bürünc medalçıları Abubakr Abakarov və Osman Nurməhəmmədovun da adı daxil edilib.
Sərbəst güləş: Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Zirəddin Bayramov (65 kq), Turan Bayramov (70 kq), Cəbrayıl Hacıyev (74 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), İslam İlyasov (97 kq).
Yunan-Roma güləşi: Nihad Quluzadə (55 kq), Həsən Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Şirxan Quliyev (77 kq), Məhəmməd Əhmədiyev (87 kq), Sərxan Məmmədov (130 kq).
Qadın güləşi: Şəhanə Nəzərova (50 kq), Gültəkin Şirinova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (62 kq), Birgül Soltanova (65 kq).
Sahib Əsədbəyli