Zaqatalada yeni güləş zalı fəaliyyətə başlayıb.
Fanat.Az xəbər verir ki, zalın açılışını yunan-Roma güləşi üzrə dünya çempionu, Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Rəsul Çunayev elan edib.
"İnanıram ki, bu zalda cəmiyyətə yararlı gənc idmançılar, çempionlar yetişəcək və onlar davamlı qalibiyyətlər əldə edərək dövlət idman siyasətinə öz adlarını yazdıracaqlar", - deyə Çunayev sosial şəbəkə hesabında yazıb.