Bu gün Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə ilin ilk reytinq yarışı - Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turnirinə yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, turnirin dördüncü günündə sərbəst güləşçilər döşək üzərinə çıxacaqlar. Azərbaycan millisinin 8 üzvü də yarışda qüvvəsini sınayacaq.
Yığmamızın üzvlərindən İslam Bazarqanov (61 kq), Əli Rəhimzadə, Əhmədnabi Qvarzatilov (hər ikisi 65 kq), Gitinomaqomed Hacıyev (70 kq), Soslan Tigiyev (74 kq), Hacımurad Ömərov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Şamil Zubairov (97 kq) mükafatlar uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, ilk iki gündə mübarizə aparan yunan-Roma güləşi millimiz reytinq turnirini 1 qızıl, 2 gümüş, 3 bürünc medalla başa vurub. Fevralın 26-da yarışa qoşulan qadın güləşçilərimizin qazancı isə 1 "bürünc" olub.