Azərbaycanın sərbəst güləşçisi Əşrəf Aşırov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisinə qalib gəlib.
Fanat.Az xəbər verir ki, 79 kiloqram çəki dərəcəsində çıxış edən 21 yaşlı idmançı 1/4 finalda Arman Avaqyanla qarşılaşıb.
Rəqibinə 109 saniyəyə (1 dəqiqə 49 saniyə) tam üstünüklə - 11:0 hesabı ilə qalib gələn Aşırov yarımfinala yüksəlib. Bu mərhələdə onun rəqibi gürcüstanlı Vladimer Qamkrelidze olacaq.