19:41 30.03.2022 802

AÇ: Qadın güləşçimizi finala buraxmadılar

Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 59 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda polşalı Yovita Vjesenlə qarşılaşıb.

Rəqibinə 1:3 hesabı ilə uduzan Kolesnik finala çıxmaq şansını əldən verib. O, bürünc medal uğrunda görüşdə A qrupunda 8:4 hesabı ilə məğlub etdiyi almaniyalı Elene Heyke Bruggerlə qüvvəsini sınayacaq.

Bu gün mübarizəyə qoşulan Türkan Nəsirova da 3-cü yer uğrunda güləşəcək. 50 kq-da yer alan idmançının 1/4 finalda uduzduğu bolqarıstanlı Miqlena Selişka finala adladığından o, bürünc medal görüşünə vəsiqə qazanıb. Nəsirovunun rəqibi polşalı Anna Lukasyak olacaq.

Bu gün, həmçinin sərbəst güləşçilərdən 86 kq-da Abubakr Abakarov qızıl, 74 kq-da Turan Bayramov və 92 kq-da Osman Nurməhəmmədov bürünc medal uğrunda görüşə çıxacaq. Abakarov Maylz Nazem Amine (San Marino), Bayramov Kamil Rıbitski (Polşa) - Zurab Kaprayev (Rumıniya) cütünün qalibi, Nurməhəmmədov isə Damian İqlesias Vilela (İspaniya) ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) gümüş medal qazanıb. Avropa çempionatı aprelin 3-də başa çatacaq.

***

Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Fanat.Az xəbər verir ki, 59 kiloqram çəki dərəcəsində çıxış edən idmançı A qrupundakı ilk görüşündə Elif Yanikə (Türkiyə), ardınca Elene Heyke Bruggerə (Almaniya) qalib gələrək, qrup lideri kimi yarımfinala vəsiqəni təmin edib. O, finala gedən yolda Yovita Vjesenlə (Polşa) qarşılaşacaq.

50 kq-da yer alan Türkan Nəsirova isə təsnifatda Şimonetta Şekeriyə (Macarıstan) qalib gəlsə də, 1/4 finalda Miqlena Selişkaya (Bolqarıstan) məğlub olub.

Bu gün, həmçinin sərbəst güləşçilərdən 86 kq-da yarışan Abubakr Abakarov qızıl, 74 kq-dakı Turan Bayramov və 92 kq-dakı Osman Nurməhəmmədov bürünc medal uğrunda görüşə çıxacaq. Abakarov Maylz Nazem Amine (San Marino), Bayramov Kamil Rıbitski (Polşa) - Zurab Kaprayev (Rumıniya) cütünün qalibi, Nurməhəmmədov isə Damian İqlesias Vilela (İspaniya) ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) gümüş medal qazanıb.

Avropa çempionatı aprelin 3-də başa çatacaq.

***

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bu gün Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayacaq.

Fanat.Az xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində çıxış edən Türkan Nəsirova təsnifat mərhələsində Şimonetta Şekerlə (Macarıstan) üz-üzə gələcək.

59 kq-dakı Alyona Kolesnik A qrupunda yarışacaq. 27 yaşlı idmançı ilk görüşündə Elif Yanık (Türkiyə) ilə, ardınca isə Elene Heyke Bruggerlə qarşılaşacaq. A və B qruplarında ilk iki yeri tutan güləşçilər yarımfinala yüksələcək.

Azərbaycanın digər qadın güləşçisi Elis Manolova (65 kq) isə martın 31-də xalça üzərinə çıxacaq.

Təsnifat görüşlərinə Bakı vaxtı ilə saat 13:30-da start veriləcək. Yarımfinallar 18:45-də başlayacaq.

Bu gün həmçinin sərbəst güləşçilərdən 86 kq-da yarışan Abubakr Abakarov qızıl, 74 kq-dakı Turan Bayramov və 92 kq-dakı Osman Nurməhəmmədov bürünc medal uğrunda görüşə çıxacaq. Abakarov Maylz Nazem Amine (San Marino), Bayramov Kamil Rıbitski (Polşa) - Zurab Kaprayev (Rumıniya) cütünün qalibi, Nurməhəmmədov isə Damian İqlesias Vilela (İspaniya) ilə üz-üzə gələcək. Medal görüşləri 20:00-da start götürəcək.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) gümüş medal qazanıb.

Avropa çempionatı aprelin 3-dək  davam edəcək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyun 2025
21:56

"Şamaxı"da növbəti ayrılıq

21:18

Azərbaycan birinciliyinə yekun vuruldu

20:55

"Çelsi" 4 futbolçu ilə yolları ayırdığını açıqladı - ADLAR

20:12

"İnter"in yeni baş məşqçisi bilindi

19:47

Totti Qasperinin "Roma"da uğur qazanacağına inanmır - AÇIQLAMA

19:10

"Asiya Futbol Konfederasiyası heç vaxt UEFA qədər pul verməyəcək" - Əli Əliyev

18:51

Yamalın qiyməti fantastik həddə çatdı - Planetin ən bahalısına çevrildi

18:11

Avropa çempionatı: Üç güləşçimiz yarımfinala yüksəldi

17:40

AFFA azarkeşlər üçün nəqliyyat ayırdı

17:03

"Futbolçularımda yüksək motivasiya var" - Santuş Macarıstanla oyundan gözləyir?

16:38

"Əlimizdən gələni edəcəyik ki..." - Bəhlul Mustafazadə

16:13

"İndi oynasaydım, dünyanın ən yaxşı futbolçusu olardım" - Françesko Totti

15:50

Azərbaycan boksçuları Gürcüstanda 7 medal qazandılar

15:33

"Mançester Siti" qapıçısı ilə əməkdaşlığa son qoydu - RƏSMİ

15:06

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:50

Polşa millisində qalmaqal: Levandovski düşərgəni tərk etdi

14:10

Fransa millisinin üzvü "Çelsi"də - RƏSMİ

13:39

"Araz-Naxçıvan"da 2 yeni müqavilə - RƏSMİ

13:11

UEFA Millətlər Liqası: Finalın ən yaxşı oyunçusu bilindi

12:45

Ronaldu yeni mövsümə hansı klubda başlayacağını açıqladı

12:16

Azərbaycan badmintonçuları Venesuelada 3 "qızıl" qazandılar

11:44

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:13

"Göz yaşları və borcunu yerinə yetirmək hissi" - Ronaldu qələbəni dəyərləndirdi

10:51

"Mənə yalnız üzülmək və evə getmək qalır" - Alvaro Morata

10:09

DÇ-2026: İtaliya, Xorvatiya və Belçikanın ev sınağı - YENİLƏNİR

09:40

Ronaldu Messi üçün əlçatmaza çevrilir

09:00

Mourinyu "Fənərbağça"dan ayrılır - Klub prezidenti ilə görüşdü

02:29

Hələ Kriştianu Ronaldu kimisi olmamışdı

01:43

Portuqaliya tarixində ikinci dəfə Millətlər Liqasının qalibi oldu

00:19

"Qısa müddətdə olan inkişaf məni sevindirir" - Ayxan Abbasov

00:14

Bellingemin Almaniya nəhəngində alacağı məbləğ bilindi - SON DURUM

08 İyun 2025
23:40

"Altı dəqiqəyə 3:0 hesabı ilə öndə olmalıydıq" - Yozua Kimmix

23:16

Deşam Almaniya üzərində qələbədən sonra nə danışdı?

22:57

Azərbaycanın basketbol millisi finala vəsiqə qazandı

22:23

"Birinci hissədə Fransaya üç-dörd qol vura bilərdik" - Yulian Nagelsman

21:53

U-21 Monteneqro ilə sülh bağladı

21:19

Millinin Latviya ilə matçına sözardı

20:55

Arnautoviç İtaliya nəhəngi ilə bağlı qərarını açıqladı

20:22

Almaniya - Fransa matçının ən yaxşı oyunçusu bilindi

19:52

Azərbaycanlı futbolçu Rusiya Superkubokunun qalibi oldu

Facebookdan bizi izləməyi unutmayın.
X