Azərbaycanın yeniyetmə qızlardan ibarət güləş millisin üzvü Ruzanna Məmmədova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatının qalibi olub.
Fanat.Az xəbər verir ki, 49 kiloqram çəki dərəcəsində yer alan idmançı finalda italiyalı Fabiana Rinella ilə.qarşılaşıb. Rəqibinə "tuşe" ilə qalib gələn Məmmədova qitə birinciliyinin qızıl medalını qazanıb.
Finalda mübarizə aparan digər təmsilçimiz Elvina Kərimzadə (43 kq) isə ukraynalı Anastasiya Polskaya uduzaraq gümüş mükafatla kifayətlənib.