Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının lideri Rafiq Hüseynov məşhur alman güləşçisi, üçqat dünya çempionu Frank Ştablerlə Ştutqartda keçiriləcək vida görüşündə iştirak edə bilməyəcək.
Fanat.Az xəbər verir ki, səbəb 34 yaşlı dünya və üçqat Avropa çempionun zədələnməsidir.
İdmançının saytımıza bildirdiyinə görə, o, Türkiyədəki təlim-məşq toplanışı zamanı dizindən zədə alıb. Hazırda müalicə-bərpa prosesi keçən təcrübəli "klassik" yaxın zamanda məşqlərə başlayacaq.
Almaniya və dünya güləşçiləri arasında iyunun 18-i baş tutacaq görüşdə 82 kiloqram çəki dərəcəsində Hüseynovu qırğızıstanlı Akjol Mahmudov əvəzləyəcək.
Xatırladaq ki, Akjol Mahmudovla Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarının 1/4 finalında üz-üzə gəliblər. Qələbə qazanan qırğız "klassik" sonradan Olimpiadada gümüş, təmsilçimiz bürünc medala sahib çıxıb.
Sahib