Azərbaycanın üç sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında finala yüksəlib.
Fanar.Az xəbər verir ki, Sadiq Hüseynov (45 kq) türkiyəli Hacı Zadeni 10:0, Elman Ağayev (51 kq) digər Türkiyə təmsilçisi Mustafa Karabağanı 14:3, Ağa Qasımov (60 kq) polşalı Dominik Yakub Yaquşu 13:2 hesabıyla yenərək qitə birinciliyinin finalına vəsiqə qazanıblar.
Yarımfinaldakı digər güləşçimiz Ağanəzər Novruzov (71 kq) isə bolqarıstanlı Kaloyan Atanasovla bacarmayıb. O, bürünc mükafat uğrunda güləşəcək.
Bu çəkilərdə medal görüşləri sabah - Avropa çempionatının son günündə baş tutacaq.
***
Azərbaycanın 4 sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında yarımfinala yüksəlib.
Fanat.Az xəbər verir ki, 45 kiloqram çəki dərəcəsində yer alan Sadiq Hüseynov 1/4 finalda erməni Arman Harutyunyanla qarşılaşıb. Rəqibinə vaxtından əvvəl tam üstünlüklə (12:2) qalib gələn idmançımız yarımfinala adlayıb. O, finalın bir addımlığında Hacı Zade (Türkiyə) ilə üz-üzə gələcək.
Elman Ağayev (51 kq) də mübarizəyə 1/4 finaldan qoşulub. Burada gürcüstanlı Laşa Qoqadzeni tam üstünlüklə (10:0) yenən güləşçimiz finala yüksəlmək üçün Mustafa Karabuğa (Türkiyə) səddini keçməlidir.
Mübarizəyə 1/16 finaldan qoşulan Ağa Qasımov (60 kq) startda ukraynalı Boqdan Oleksiyenkonu 10:2 yenib. Ardınca estoniyalı Janar Lipsi 10:4, 1/4 finalda isə moldovalı Yon Bergi 4:3 üstələyən idmançımız yarımfinalda Dominik Yakub Yaquşla (Polşa) münasibətləri aydınlaşdıracaq.
Ağanəzər Novruzov (71 kq) təsnifat mərhələsində rumıniyalı Konstantin Morarı 13:2, ardınca isveçrəli Nik Şerreri 12:1, 1/4 finalda isə polşalı Bartlomey Novakovskini 8:2 hesabı ilə məğlub edib. Onun final yolunda son rəqibi bolqar Kaloyan Atanasov olacaq.
Bu gün xalça üzərinə çıxan digər təmsilçimiz Rəvan Musayev (92 kq) isə ilk mərhələdə litvalı Armanis Tomas Barsamyandan güclü olsa da, sonrakı mərhələdə Macarıstan güləşçisi Musa Arsunkayevə uduzub. Rəqib finala çıxacağı təqdirdə, Musayev bürünc medal uğrunda güləşmək imkanı qazanacaq.
Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Bu gün həmçinin 48, 55, 65, 80 və 110 kq çəki dərəcələrində medal görüşləri baş tutacaq. Dünən mübarizəyə qoşulan Azərbaycan təmsilçilərindən 4-ü finalda, biri "bürünc" üçün güləşəcək. Vasif Bağırov (48 kq) baş mükafat uğrunda Rasul Qalburayevlə (Fransa), Camal Abbasov (55 kq) İliya Şketiklə (Ukrayna), İlyas İsayev (65 kq) Qoqa Otinaşvili ilə (Gürcüstan), Yusif Dursunov (110 kq) Taha Yakup Temel (Türkiyə) ilə üz-üzə gələcək. Şəmistan Axundov (80 kq) isə bürünc mükafat üçün Pavlo Vaskovski (Ukrayna) / Şakir Bislimi (Şimali Makedoniya) cütünün qalibi ilə mübarizə aparacaq.
Medal qarşılaşmaları 19:00-da başlanacaq.
Qeyd edək ki, qitə birinciliyinin ilk üç günündə çıxış edən Azərbaycanın yunan-Roma güləşi millisi yarışı 2 qızıl, 5 gümüş və 1 bürünc medalla başa vurub. Yığma ümumilikdə 175 xal toplayaraq ardıcıl ikinci dəfə komanda hesabında Avropa çempionu olub. Yeniyetmə qızlardan ibarət millimiz isə 1 qızıl, 1 gümüş və 1 bürünc mükafatla komanda hesabında beşinci yeri tutub.
***
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, qitə birinciliyində bu gün sərbəst güləş üzrə son beş çəkidə mübarizəyə start veriləcək.
Azərbaycan təmsilçilərindən Sadiq Hüseynov (45 kq) 1/4 finalda erməni Arman Harutyunyanla qarşılaşacaq.
Elman Ağayev (51 kq) mübarizəyə 1/4 finaldan qoşulacaq və Laşa Qoqadze (Gürcüstan) - Qabriel Florin Mihalkea (Rumıniya) görüşünün qalibiylə güləşəcək.
Ağa Qasımovun (60 kq) startda rəqibi ukraynalı Boqdan Oleksiyenko olacaq.
Ağanəzər Novruzov (71 kq) təsnifat mərhələsində rumıniyalı Konstantin Morarla üz-üzə gələcək.
Rəvan Musayev (92 kq) isə ilk mərhələdə litvalı Armanis Tomas Barsamyanla gücünü sınayacaq.
Təsnifat görüşləri Bakı vaxtı ilə saat 12:30-da start götürəcək.