16:01 19.06.2022 1619

"Çempionluqdan çox, məni onunla görüş maraqlandırırdı" - MÜSAHİBƏ

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında qadın güləşi üzrə 49 kiloqram çəki dərəcəsində qızıl medal qazanan Ruzanna Məmmədovanın Fanat.Az-a müsahibəsi

- Avropa çempionumuzu tanıyaq.

- 2006-cı ildə Masallıda dünyaya gəlmişəm. Güləşə beş yaşımdan, atamın istəyi ilə başlamışam. Atam özü vaxtilə güləşlə məşğul olub. Lakin bəzi səbəblərdən peşəkar karyera qurması alınmayıb. Evdə iki bacı, bir qardaşıq. Böyük bacım əvvəldən oxuyan idi, hazırda Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alır. Qardaşımın isə uşaqlıqdan səhhətində problemlər olduğundan, atam davamçı kimi məni görüb. İdmanla bağlı arzularının məndə reallaşmasını istəyib. Beləcə, 2011-ci ildən Hövsan Olimpiya Kompleksində güləşə başladım. 

Bu, mənim beynəlxalq arenada ilk nailiyyətim deyil. Ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilən U-17 dünya birinciliyində gümüş medal qazanmışam. 

- Avropa çempionatında final da daxil olmaqla, dörd görüşündən üçünü təmiz qələbə - "tuşe" ilə başa vurdun. Başqa sözlə, zirvəyə birnəfəsə yüksəldin. Belə möhtəşəm performansın arxasında nə dayanır?

-  Komanda olaraq Avropa çempionatına çox yaxşı hazırlaşmışdıq. Güclü təlim-məşq toplanışları keçdik. Həmçinin bizim əfsanəvi idmançımız Mariya Stadnikin dəstəyini qeyd etməsəm, olmaz. Son 1 ayda Stadnik bizimlə birgə məşq keçdi. O, mənə çox kömək oldu. Sparrinq kimi bütün məşqlərdə mənimlə işlədi. Hələ uşaqlıqdan yarışlarını izləyib sevdiyim, kumir seçdiyim Mariya ilə birgə bu yarışa hazırlaşmaq mənim üçün böyük stimul oldu. Ona "çox sağ ol" deyirəm.

- Yarışda yeganə çətinlik çəkdiyin görüş türkiyəli Sevval Çayırla yarımfinal dueli idi. Yanılmıramsa, bunadək onunla bir neçə dəfə qarşılaşmısınız.

- Bəli. Ötənilki dünya birinciliyində mən ona "tuşe" iıə qalib gəlib finala çıxmışdım. Bu Avropa birinciliyi öncəsi Türkiyədə keçirilən beynəlxalq turnirdə isə Sevval 10:5 hesabı ilə üstün olmuşdu. Doğrusu, o, ev sahibi olduğundan həmin qarşılaşmada qələbə qazanmağında hakimlərin də dəstəyi az rol oynamadı. Yenə də, həmin məğlubiyyət mənə çox pis təsir eləmişdi. İnanın ki, Avropa birinciliyində çempionluqdan çox məni onunla görüş maraqlandırırdı. Çox arzulayırdım ki, yenə yarımfinalda qarşılaşaq, onu udub "bürünc" görüşünə göndərim. Elə də oldu. Son qələbənin təsiri ilə xalçaya çox arxayın, iddialı çıxmışdı. Bu da ona baha başa gəldi. 

İtaliyalı idmançı ilə final görüşü öncəsi yığmanın məşqçisi, mənim isə şəxsi müəllim olan Solmaz Adilova dedi ki, əsgərlərimiz 30 illik Qarabağ həsrətinə 44 gündə son qoydular, bayrağımızı Şuşaya sancdılar, sən də 4 dəqiqə ərzində burada bayrağımızı ən yüksəyə qaldıra bilərsən. Solmaz xanım məni psixoloji cəhətdən görüşə çox yaxşı hazırlamışdı. Xalçaya əminliklə çıxıb rəqibin kürəyini yerə vurdum. Qələbəmi şəhidlərimizə həsr edirəm.

- Ruzanna, Azərbaycan qadın güləşində böyüklər arasında uğurların demək olar ki, hamısı milliləşmiş idmançıların sayəsində əldə edilib. Leyla Qurbanova, Türkan Nəsirova, Şəhanə Nəzərova kimi yerli güləşçilər aşağı yaş qruplarında dünya və Avropa çempionatlarında fərqlənsələr də, böyüklərdə hələ ki, ümidləri doğrultmurlar. Özündə bu sindromu qıracaq güc hiss edirsənmi?

- Mənim arzum olimpiya çempionu olmaqdır. Aşağı yaş qruplarında qazandığım nəticələr sadəcə əsas hədəfə doğru gedilən yoldur.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X