12:27 21.06.2022 249

"Mübarizin şəhid olduğu gün üç erməniyə qalib gəldik" - Böyük məşqçi

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında tarixi uğura imza atan sərbəst güləş üzrə milli komanda vətənə qayıdıb.

Fanat.Az xəbər verir ki, 6 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında Avropa çempionu olan yığmanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının rəsmiləri, güləş ictimaiyyətinin nümayəndələri qarşılayıb.

Yeniyetmələrdən ibarət millinin böyük məşqçisi Əsgərxan Novruzov dövlət başçısının güləşçilərlə ardıcıl görüşlərini xatırladaraq yığmanın qazandığı uğurda bu amilin rolunu xüsusi rol oynadığını bildirib:

“Tarixi qələbə münasibətilə bütün Azərbaycan xalqını təbrik edirik. Bu uğurların səbəbkarı idmana diqqət və qayğı göstərən cənab prezidentimizdir. U-23 və böyüklərdən ibarət yığma komandanı qəbul etdi. Bu da yeniyetmələr üçün böyük stimul oldu. Var gücləriylə bu yarışa hazırlaşdılar və yarışdılar. Qarşımıza hədəf qoymuşduq ki, biz də Avropa çempionu olaq. Şükür Allaha ki, buna da nail olduq. Federasiya rəhbərliyinə və millinin məşqçilər korpusuna komandamız adından təşəkkür edirik. Bu uğurda hər kəsin payı var.

Çalışdırıcı komandanın yarışda qarşıya qoyulan hədəfdən daha yaxşısına nail olduğunu deyib:

"2013 və 2014-cü ildə keçirilən Avropa çempionatlarında 4 qızıl medal qazanmışdıq. Bu dəfə hədəfimiz 5 qızıl almaq idi. Allah 6 qızıl medalı bizə qismət elədi. Ölkə çempionatından sonra Xaçmazda 3 təlim-məşq toplanışı keçdik. Yüksək səviyyədə hazırlaşdıq. Uşaqlar var gücüylə güləşdi. Məşqçi kimi razı qaldıq. 4 qızıl medal aldığımız ilk gün Mübariz İbrahimovun şəhid olduğu gün idi. Həmin gün 3 erməni güləşçiyə qalib gəlmişdik. Bütün medallarımızı şəhidlərimizə həsr edirik. Onların ruhu şad olsun. Azərbaycan idmanı zirvələrdədir. Daim orda qalmasına çalışırıq.

Fürsətdən istifadə edib, Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə və şəxsən cənab nazir Fərid Qayıbova minnətdarlığımızı bildiririk ki, federasiya rəsmiləriylə birgə bizi Avropa çempionatına yola saldılar”.

Böyüklərdən ibarət yığma komandanın baş məşqçisi, Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev ilin güləşçilər üçün düşərli olduğunu qeyd edib: 

"U-23 Avropa çempionatında hər 3 növdə çempionlarımız oldu. Sərbəst güləşdə komanda hesabında çempion, yunan-Roma güləşində isə 3-cü olduq. İdmana diqqət və qayğısını əsirgəməyən Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin komandalarımızı qəbul etməsi, ardınca böyüklər arasında Avropa çempionu olan yunan-Roma və sərbəst güləş üzrə millilərimizlə görüşüb, onları mükafatlandırması böyük stimul oldu. Hər 3 komandamız üçün Olimpiya Güləş Mərkəzində yolasalma mərasimi keçirmişdik. U-17 Avropa çempionatında yunan-Roma güləşində 2 qızıl, 5 gümüş və 1 bürünc, qadın güləşində 1 dəst medal, sərbəst güləşdə isə 6 qızıl, 1 gümüş və 2 bürünc medal qazandıq. Bu uğurlar güləşdəki inkişafdan xəbər verir. Cənab prezidentin hər zaman qayğısını hiss edirik. Əlbəttə, MOK və GİN də öz növbəsində dəstəyini əsirgəmir. Sözsüz ki, federasiya rəhbərliyinin və əməkdaşlarının hər birinin əməyi var. İnanıram ki, bir neçə gündən sonra İtaliyada başlayacaq U-20 Avropa çempionatında da bu qələbələrin ardı gələcək. Fürsətdən istifadə edib, idmançılarımızın uğurlarını işıqlandıran media nümayəndələrinə təşəkkürümüzü bildiririk”.

Qitə birinciliyinin qızıl medalçısı Elman Ağayev  növbəti hədəfinin dünya çempionluğu olduğunu söyləyib:

“Yarış yaxşı keçdi. Əvvəlcə Gürcüstan, daha sonra Türkiyə, finalda isə Ermənistan idmançısına qalib gəldim. Özümə inanırdım. Çünki yarışa hazırlığımız çox yaxşı keçmişdi. Növbəti hədəfim dünya çempionluğudur”.

U-17 yaş qrupunda ən ağır çəkidə Avropa çempionu olmaqla, güləşimizdə ilkə imza atan Yusif Dursunov uğurun səbəbini açıqlayıb: 

“Üç keyfiyyətli təlim-məşq toplanışı keçdik. Bunun nəticəsi olaraq komandamız Avropa çempionu oldu. Güclü rəqiblərimiz vardı. Ancaq biz onlardan da güclüydük. Şükür Allaha, çempion olduq. Gənclər və İdman Nazirliyinə, federasiyamıza, yığmanın məşqçilərinə və şəxsi məşqçilərimə təşəkkür edirəm. Allah hamısından razı olsun”.

Xatırladaq ki, AÇ-də Sadiq Hüseynov (45 kq), Vasif Bağırov (48 kq), Elman Ağayev (51 kq), Camal Abbasov (55 kq), İlyas İsayev (65 kq) və Yusif Dursunov (110 kq) qızıl, Ağa Qasımov (60 kq) gümüş, Ağanəzər Novruzovla (71 kq) Şəmistan Axundov (80 kq) isə bürünc medal qazanıb.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X