15:34 22.06.2022 610

"Ermənilər əvvəlcə gülürdü, sonra başlarını tutdular" - AÇIQLAMA

"Yarışdan əvvəl uşaqlara demişdim ki, sizin hər biriniz Avropa çempionu olacaq gücdəsiniz. Həqiqətən də on nəfərin hamısı qızıl medala layiq uşaqlar idi. Amma bu, idmandır, xüsusən də yeniyetmələrin psixologiyası fərqli olur. Bu səbəbdən, mən hər ehtimalı nəzərə alıb fikrimdə 5 qızıl medal tutmuşdum".

Bunu Fanat.Az-a açıqlamasında Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatının yekunları barədə danışarkən yeniyetmələrdən ibarət Azərbaycan sərbəst güləş millisinin böyük məşqçisi Əsgərxan Novruzov deyib.

6 qızıl, 1 gümüş, 2 bürünc medal qazanan, ümumilikdə 210 xal toplayaraq komanda hesabında qitənin ən güclüsü olan millinin çalışdırıcısı güləşçilərimizin onlardan gözlənilən səviyyədə çıxış etdiyini bildirib:

"Çoxları düşünə bilər ki, Rusiya olmadığına görə biz bu qədər böyük nəticə qazandıq. Amma deyim ki, bizim aşağı yaş qrupları üzrə yığmalarımız rusların iştirak etdiyi yarışlarda da sözlərini deyiblər. Bu dəfə isə əlbəttə, daha böyük şansımız var idi. Bunu da maksimum səviyyədə dəyərləndirməliydik. 10 qızıl medal da qazanmaq mümkün idi. On çəkininn hamısındakı uşaqların hazırlığı çempion səviyyəsindəydi. Amma bu, idmandır, bütün çəkilərdə "qızıl" alsaq, bunun adı Avropa çempionatı olmazdı. Komandamız istənilən halda bir çox rekordları yenilədi. Məsələn, 6 qızıl medalı U-17 Avropa çempionatında heç bir ölkə qazanmamışdı. Doqquz çəkidə mükafatçılar arasında olmağımız da bir ilk idi. Bircə xal sayında Rusiyanın rekordunu təzələyə bilmədik. 92 kiloqramdakı idmançımız üçüncülük görüşündə uduzmasaydı, 5 xal da ordan əlavə olunacaqdı, belədə həmin rekordu da qıracaqdıq. Yeri gəlmişkən, Rəvan Musayev bizim çempionluğa əsas namizədlərimizdən idi. Sadəcə, alınmadı".

Novruzov yığma üzvlərinin AÇ-də ermənilərlə görüşlərinə toxunub. O, yarış vaxtı yaşanan maraqlı hadisəni bizimlə bölüşüb:

"Ermənilərlə beş görüşümüz oldu. Hamısında da qalib gəldik. Çoxunda güləşçilərimiz tam üstünlüklə onları məğlub etdi. Qələbələrimizdən üçü Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu günə təsadüf eləmişdi. Həmin gün axşam otelə ermənilərlə eyni avtobusda qayıdırdıq. Bizim uşaqlar "Yaşa, Azərbaycan" mahnısını qoyub oynayırdılar. Ermənilər əvvəlcə gülürdülər, sonra içlərindən biri nə dedisə, başlarını tutdular.

Biz komanda hesabında birinci, türklər ikinci oldu. Mükafatlandırmada bir-birimizə qardaşlıq jestləri etdik. Ümumiyyətlə, bu Avropa birinciliyindən qalan xoş təəssüratlar hamımızın xatirində hələ uzun illər yaşayacaq".

51 yaşlı mütəxəssis müvafiq yaş qrupu üzrə iyulun 25-dən 31-dək İtaliyanın paytaxtı Romada keçiriləcək dünya çempionatında yığmanın qarşıya qoyduğu hədəfi açıqlayıb:

"Desəm ki, altı qızıl medalı dünya birinciliyindən də gətirəcəyik, düz olmaz. Yalançı çıxaram. Dünya çempionatında İran, ABŞ, Yaponiya, Hindistan kimi ölkələr də olacaq. Güləşçilərdən ən azı bir-iki dəst medal gözləyirik. Komanda hesabında da ilk üç yerdən birinə iddialıyıq".

Məşqçi Avropa çempionu olan heyətdə yalnız bir dəyişikliyin nəzərdə tutulduğunu diqqətə çatdırıb:

"Ən yüngül - 45 kiloqram çəki dərəcəsində çempion olan idmançımızın boyu 1.74-dür. Çəki salması çox çətin, zülmlü olur. Bu səbəbdən böyük ehtimalla dünya çempionatına başqa güləşçini aparacağıq".

Qeyd edək ki, U-17 Avropa çempionatında Azərbaycan sərbəst güləşçilərindən Sadiq Hüseynov (45 kq), Vasif Bağırov (48 kq), Elman Ağayev (51 kq), Camal Abbasov (55 kq), İlyas İsayev (65 kq) və Yusif Dursunov (110 kq) qızıl, Ağa Qasımov (60 kq) gümüş, Ağanəzər Novruzovla (71 kq) Şəmistan Axundov (80 kq) isə bürünc medal qazanıb.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X