İtaliyanın paytaxtı Romada təşkil olunan Matteo Pellikone memorialında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisi reytinq turnirini 9 medalla başa vurub. 4 "qızıl", 3 "gümüş" və 2 "bürünc" qazanan yığmamız 148 xal toplayaraq komanda hesabında 1-ci yeri tutub.
Ölkəmiz 2-ci pillədə qərarlaşan Macarıstanı 46 xal qabaqlayıb. İran isə 98 xalla isə 3-cü olub.
Qeyd edək ki, "klassiklər"dən Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), İslam Abbasov (87 kq) qızıl, Eldəniz Əzizli (60 kq), Ülvi Qənizadə (72 kq), Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) ilə Beka Kandelaki (130 kq) isə bürünc medala yiyələniblər.