19:33 27.07.2022 431

DÇ: Azərbaycan güləşçisi finalda

Azərbaycanın yeniyetmə qız güləşçisi Ruzanna Məmmədova İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında finala yüksəlib.

Fanat.Az xəbər verir ki, 49 kiloqram çəki dərəcəsində mübarizə aparan idmanşı yarımfinalda qazaxıstanlı Aymgül Abilova ilə üz-üzə gəlib. Rəqibinə vaxtından əvvəl tam üstünlüklə (10:0) qalib gələn Məmmədova adını finala yazdırıb.

Sabah baş tutacaq həlledici dueldə Ruzannanın rəqibi yaponiyalı Mihoko Takeuçi olacaq.

*** 16:55

Azərbaycanın yeniyetmə qız güləşçisi Ruzanna Məmmədova İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında yarımfinala yüksəlib.

Fanat.Az xəbər verir ki, 49 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı startda rumıniyalı Ana Mariya Rotaruya "tuşe" ilə qalib gəlib. Ardınca bolqar Viktoriya Boynovanı yenən (7:1) Ruzanna 1/4 finalda türkiyəli Şevval Çayırı 3:2 hesabı ilə məğlubiyyətə uğradıb. Güləşçimiz finalın bir addımlığında qazaxıstanlı Aymgül Abilova ilə üz-üzə gələcək.

Bu gün xalça üzərinə çıxan digər qız güləşçilərimiz isə ilk görüşdəcə məğlubiyyətlə üzləşiblər. Elvina Kərimzadə (43 kq) amerikalı Erika Pastorizaya (4:7), Günay Qurbanova (57 kq) macarıstanlı Gerda Terekə (2:5), Fatimə İsayeva (65 kq) isə türkiyəli Duyğu Genə (1:3) uduzub.

Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Bu gün həmçinin yunan-Roma güləşində 45, 51, 60, 71 və və 92 kiloqram çəki dərəcələrində medalçıların adına aydınlıq gələcək.

Azərbaycan təmsilçilərindən Davud Məmmədov (71 kq) qızıl medal uğrunda həllledici dueldə gürcüstanlı Anri Putkaradze ilə üz-üzə gələcək.

Hüseyn Savadov (45 kq) bürünc medal uğrunda rumıniyalı Yonut Mereuta ilə, Vədat Qasımlı (51 kq) gürcüstanlı Anri Xozrevanidze ilə güləşəcək. 

Medal görüşləri 20:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan yunan-Roma güləşçilərinin hesabında hazırda 4 medal var. Fəraim Mustafayev (55 kq) ilə İsmayıl Rzayev (80 kq) gümüş, Səid Xəlilov (48 kq) və Məzaim Mərdanov (110 kq) bürünc mükafata sahib çıxıblar. Dünya birinciliyi iyulun 31-dək davam edəcək.

***

İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün mundialda qadın güləşi üzrə mübarizəyə start veriləcək.

Azərbaycan təmsilçilərindən Elvina Kərimzadə (43 kq) təsnifat mərhələsində ABŞ təmsilçisi Erika Pastoriza ilə qarşılaşacaq.

49 kq-da yer alan Avropa çempionu Ruzanna Məmmədova da mübarizəyə təsnifatdan qoşulacaq. Burada onun rəqibi rumıniyalı Ana Mariya Rotaru olacaq.

Günay Qurbanova (57 kq) təsnifatda macarıstanlı Gerda Terekin, Fatimə İsayeva türkiyəli Duyğu Genin mübavimətini qırmağa çalışacaq.

Təsnifat qarşılaşmaları Bakı vaxtı ilə saat 13:30-da, yarımfinallar 19:00-da start götürəcək.

Bu gün həmçinin yunan-Roma güləşində 45, 51, 60, 71 və və 92 kiloqram çəki dərəcələrində medalçıların adına aydınlıq gələcək.

Azərbaycan təmsilçilərindən Davud Məmmədov (71 kq) qızıl medal uğrunda həllledici dueldə gürcüstanlı Anri Putkaradze ilə üz-üzə gələcək.

Hüseyn Savadov (45 kq) bürünc medal uğrunda rumıniyalı Yonut Mereuta ilə güləşəcək. Vədat Qasımlı (51 kq) təsəlliverici görüşdə israilli Amari Fetene ilə, Mikayıl İsmayılov (92 kq) italiyalı Rikkardo Bufis ilə mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan yunan-Roma güləşçilərinin hesabında hazırda 4 medal var. Fəraim Mustafayev (55 kq) ilə İsmayıl Rzayev (80 kq) gümüş, Səid Xəlilov (48 kq) və Məzaim Mərdanov (110 kq) bürünc mükafata sahib çıxıblar. Dünya birinciliyi iyulun 31-dək davam edəcək.
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X