Avqustun 15-də Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə gənclər arasında dünya çempionatı start götürəcək.
Fanat.Az Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yığmalarının məşqçilər heyəti yarışa ümumilikdə 21 idmançı sifariş edib.
Sərbəst güləş: Nurəddin Novruzov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Zirəddin Bayramov (65 kq), Kənan Heybətov (70 kq), Cəbrayıl Hacıyev (74 kq), Soslan Tiqiyev (79 kq), Səbuhi Əmiraslanov (86 kq).
Qadın güləşi: Əsmər Canqurtaran (50 kq), Gültəkin Şirinova (53 kq), Elnurə Məmmədova (55 kq), Birgül Soltanova (62 kq), Nigar Mirzəzadə (68 kq), Mərziyyə Sadıqova (72 kq).
Yunan-Roma güləşi: Nihat Quluzadə (55 kq), Nihat Məmmədli (60 kq), Ziya Babaşov (63 kq), Kənan Abdullazadə (67 kq), Qurban Qurbanov (72 kq), Xasay Həsənli (77 kq), Rauf Əliyev (82 kq), Laçın Vəliyev (87 kq).
Qeyd edək ki, dünya birinciliyi avqustun 21-dək davam edəcək.