Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Fanat.Az xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda özbəkistanlı Umidjon Jalolovla qarşılaşıb. Rəqibinə 4:0 hesabı ilə qalib gələn Əliyev finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Turan Bayramov (74) və Abubakr Abakarov (86) finala çıxıblar.