Azərbaycan sərbəst güləşçiləri Zirəddin Bayramov və Kənan Heybətov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənclər arasında dünya çempionatında finala yüksəliblər.
Fanat.Az xəbər verir ki, 65 kq çəkidə yer alan Bayramov yarımfinalda Sucet Suceti (Hindistan) 6:2, 70 kq-da mübarizə aparan Heybətov isə digər hindistanlı Mulaym Yadavı 5:3 hesabı ilə yenib.
Zirəddin finalda özbəkistanlı Ümidcan Cəlalovla, Heybətov ABŞ təmsilçisi Mitçell Ouen Mesenbrinklə üz-üzə gələcək. Medallar uğrunda həlledici qarşılaşmalar sabah baş tutacaq.
***
Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə gənclər arasında dünya çempionatı start götürüb.
Fanat.Az xəbər verir ki, ilk olaraq Azərbaycanın 4 sərbəst güləşçisi mübarizəyə qoşulub. Zirəddin Bayramov (65 kq) ardıcıl olaraq əlcəzairli Abderrahman Benaissanı 4:0, misirli Məhəmməd Salah Hafizi 15:4 və ukraynalı Mikita Zubala 10:0 hesabıyla məğlub edərək dünya çempionatının yarımfinalına yüksəlib. O, finalın bir addımlığında Hindistan təmsilçisi Sucet Sucetlə üz-üzə gələcək.
70 kq çəki dərəcəsində yer alan Kənan Heybətov 1/16 finalda gürcüstanlı Gigi Kurxuliyə (8:2), 1/8 finalda italiyalı Raul Kasoya (5:1), 1/4 finalda isə avstriyalı Benedikt Huberə (10:0) qalib gəlib və adını yarımfinala yazdırıb. Heybətovun yarımfinalda rəqibi Mulaym Yadav (Hindistan) olacaq.
Nurəddin Novruzov təsnifatdaca türkiyəli rəqibi ilə bacarmayıb.
Soslan Tigiyev (79 kq) isə 1/16 finala hindistanlı Depak Depaka (10:2), 1/8 finalda rumıniyalı Marian Subtiriçaya (13:3) qalib gəlsə də, 1/4 finalda ermənistanlı Muşeq Mkrtçyana məğlub olub.
Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.