20:22 21.08.2022 479

DÇ: Azərbaycan güləşçilərindən beşinci qızıl medal

Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında qızıl medal qazanıb.

Fanat.Az xəbər verir ki, 72 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı həlledici dueldə moldovalı Aleksandru Solovey ilə qarşılaşıb. Rəqibinə 4:0 hesabıyla qalib gələn Qurbanov yarışın baş mükafatına sahib çıxıb.

Beləliklə, Azərbaycan yunan-Roma güləşçiləri mundialı beş medalla başa vurub. Daha əvvəl Nihad Quluzadə (55 kq) ilə Kənan Abdullazadə (67 kq) qızıl, Laçın Vəliyev (87 kq) və Nihat Məmmədli (60 kq) bürünc medala yiyələniblər.

Ümumilikdə Azərbaycan güləşçilərinin mundialdan qazancı 5 qızıl, 1 gümüş, 3 bürünc medal olub. Sərbəst güləşçilərdən Kənan Heybətov (70 kq) və Cəbrayıl Qadjiyev (74 kq) çempion olub,  Zirəddin Bayramov (65 kq) "gümüş"lə kifayətlənib. Qadın güləşçilərdən isə Gültəkin Şirinova (50 kq) bürünc medala sahib çıxıb. 

*** 19:55

Azərbaycanın yunan-Roma güləşçisi Kənan Abdullazadə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında qızıl medal qazanıb.

Fanat.Az xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı həlledici dueldə gürcüstanlı Nika Broladze ilə üz-üzə gəlib. Rəqibini 4:1 hesabı ilə yenən Abdullazadə dünya çempionu olub.

Daha əvvəl isə Nihat Məmmədli (60 kq) üçüncü yer uğrunda görüşdə Yaponiya təmsilçisini yenərək bürünc medal qazanıb. 

Bu gün həmçinin Qurban Qurbanov (72 kq) final görüşünə çıxacaq. Onun rəqibi moldovalı Aleksandru Solovey olacaq.

***

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə gənclər arasında dünya çempionatına yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, yarışın sonuncu - yeddinci günündə yunan-Roma növündə Azərbaycan güləşçiləri daha üç medal qazana bilərlər.

Kənan Abdullazadə (67 kq) finalda gürcüstanlı Nika Broladze ilə, Qurban Qurbanov (72 kq) moldovalı Aleksandru Solovey ilə  qarşılaşacaq. Nihat Məmmədli (60 kq) isə "bürünc" görüşündə təsəlliverici qarşılaşmanın qalibi ilə münasibətləri aydınlaşdıracaq.

Medal görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan təmsilçiləri yarışda indiyədək 6 mükafat qazanıblar. Sərbəst güləşçilərdən Kənan Heybətov (70 kq) və Cəbrayıl Qadjiyev (74 kq) çempion olub,  Zirəddin Bayramov (65 kq) "gümüş"lə kifayətlənib. Qadın güləşçilərdən Gültəkin Şirinova (50 kq) bürünc medala sahib çıxıb. Yunan-Roma güləşçilərindən isə Nihad Quluzadə (55 kq) çıxışını qızıl, Laçın Vəliyev (87 kq) bürünc medalla başa vurub.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X