15:37 21.08.2022 759

"Paris-2024 olmasın, Los-Anceles-2028 olsun, əsas odur ki..." - Dünya çempionu

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında yunan-Roma güləşi üzrə 55 kiloqram çəki dərəcəsində qızıl medal qazanan Nihad Quluzadənin Fanat.Az-a müsahibəsi

- Dünya çempionumuzu yaxından tanıyaq.

- 2002-ci ildə Bakıda doğulmuşam. Əslimiz Qərbi Azərbaycandandır. Güləşə həvəsim məşhur pəhləvanımız, hazırda böyüklərdən ibarət yığmanın böyük məşqçisi olan Rövşən Bayramovun videolarına baxdıqdan sonra yaranıb. Atamın da güləşə həvəsi böyük olub. Beləcə, onun dəstəyi ilə doqquz yaşımdan məşqlərə başlamışam. Şəxsi məşqçim İlham Vəzirovdur. 

- Belə aydın oldu ki, kumirin Rövşən Bayramovdur.

- Bəli.

- Nihad, daha öncə Avropa çempionu olmuşdun. İl ərzində iki mühüm yarışın baş mükafatını qazanmaq necə hissdir?

- Bu, gənclərdə son ilim olduğundan, qarşıma məqsəd qoymuşdum ki, maksimuma nail olmalıyam. Şükürlər olsun, bacardım. Dünya və Avropa çempionluğu böyüklərə keçid ərəfəsi böyük motivasiya verir. 

- Yarışda erməni güləşçi ilə qarşılaşman daha gərgin alındı. Rəqib güclü idi, ya görüşün prinsipiallığının yaratdığı həyəcan istədiyin güləşi göstərməyə mane oldu?

- Öncə dediyim kimi, əslimiz də qərbi azərbaycanlıdır. Ermənilərlə görüşlərə həmişə daha prinsipial yanaşıram. Həm yarımfinal qarşılaşmaları daha ağır olur. Bu baxımdan, həyəcan ikiqatıydı. Yenə də, əsas odur ki, udub istəyimə çatdım.

- İli "qızıl het-trik"lə tamamlamaq imkanın var. Yaş qrupları üzrə ilin son yarışı olan U-23 dünya çempionatında nəticəni təkrarlayacağına inamın nə dərəcədədir?

- U-23 dünya çempionatına üç ay var. İndidən nəsə demək istəmirəm. 

- Böyüklərlə bağlı planların nədir? Növbəti Olimpiada haqda nə düşünürsən?

- Hələlik qarşıdakı yarışlara baxıram. Olimpiadaya hələ çox var.

- Paris-2024-ə iki ildən də az qalıb. Növbəti ildən artıq lisenziya sahibləri müəyyənləşməyə başlayacaq. Belə anlaşılır ki, planların daha çox sonrakı Olimpiada ilə bağlıdır.

- Mənim üçün hazırda o qədər də fərq eləmir. Qismət. Paris-2024 olmasın, Los-Anceles- 2028 olsun. Əsas odur ki, getsəm, sadəcə iştirakla kifayətlənməyim, vətənə uğurlu nəticə ilə dönüm.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X