13:15 22.08.2022 1122

"Qurban Qurbanovla hətta atamızın da adı eynidir" - Dünya çempionu

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında yunan-Roma güləşi üzrə 72 kiloqram çəki dərəcəsində qızıl medal qazanan Qurban Qurbanovun Fanat.Az-a müsahibəsi

- Dünya çempionumuzu yaxından tanıyaq.
- 2002-ci ildə Kürdəmirin Muradxan kəndində anadan olmuşam. Güləşə də 8 yaşımda kəndimizdə başlamışam. Ailədə məndən əvvəl peşəkar idmanla məşğul olan olmayıb. Daha sonra Respublika Olimpiya İdman Liseyinə qəbul olmuşam. Buna qədər 2017-ci ildə yeniyetmələrin dünya birinciliyində qızıl medal qazanmışam. Növbəti il Avropa ikincisi, dünya üçüncüsü olmuşam. 2019-cu ildə Bakıda Avropa Gənclər Yay Olimpiya Festivalında birinci yer tutmuşam. 2021 və 2022-ci illərdə gənclərin Avropa ikincisi olmuşam.

- Beş il sonra yenidən dünya çempionu oldun. Yarış barədə təəssüratlarını öyrənək.
- Meksika idmançısı ilə ilk mərhələ görüşünü çıxmaqla, bütün qarşılaşmalarım eyni dərəcədə çətin alındı. Heç birini fərqləndirmək istəməzdim. Çempion olmaq üçün gəlmişdim, çox şükür ki, istəyimə çatdım. 

- Bu, gənclərdə son ilindir. Növbəti ildən böyüklərin yarışına keçirsən. Paris-2024 Olimpiadası ilə bağlı qarşına nə məqsəd qoymusan?
- Çəkim hələ ki olimpiya çəkisi deyil. Məşqçilərlə məsləhətləşib uyğun olan bir çəkidə mübarizə aparacağam. Amma Parisdəki Olimpiada ilə bağlı hələlik bir fikrim yoxdur. Hazırda böyüklərdən ibarət yığmada məndən üstün, titullu idmançılar var. 

- Yəqin ki, 77 kiloqrama keçəcəksən. 
- Bəli.

- Azərbaycanın məşhur futbol məşqçisi ilə eyni ad-soyadı daşıyırsınız. Bu məqam sənin çıxışına olan marağı daha da artırır.
- Elədir. Yığmamızdakılar da bu barədə "Qarabağ"ın futbolçularına, Qurban müəllimə məlumat veriblər. Qurban Qurbanovla hətta atamızın da adı eynidir. Mən də Qurbanov Qurban Osman oğluyam.

- ÇL-in sabahkı pley-off oyununda "Qarabağ"dan gözləntin nədir?
- Mən həm də "Qarabağ"ın azarkeşiyəm. Sevimli komandamdan gözəl oyun, qələbə gözləyirəm.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X