16:33 23.08.2022 942

Həsən Əliyev Belqradda kimi dünya çempionu kimi görür? - MÜSAHİBƏ

Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının məşqçisi Həsən Əliyev Fanat.Az-a müsahibə verib.

32 yaşlı dünya və Avropa çempionu "klassiklər"in İslamiadada çıxışı, dünya çempionatına hazırlığı və digər məsələlər barədə sualları cavablandırıb.

- Konyadakı 3 qızıl, 3 gümüş və 1 bürünc medal gözləntiləri hansı ölçüdə qarşıladı?
- Əvvəlcədən planlaşdırdığımız nəticə idi. Mən oyunlardan əvvəlki müsahibəmdə də demişdim ki, yığmadan ən azı 2-3 qızıl medal gözləmək olar. Lakin 3 "gümüş"ü "qızıl"a çevirmək imkanımız yetərincə idi. Finalda məğlub olan idmançılar heç nədən uduzdular. Xüsusilə 72 kiloqram çəki dərəcəsindəki Ülvi Qənizadənin əvvəl üç dəfə udduğu iranlı idmançıya uduzması üzücü oldu.

- Siz, son bir ildə demək olar, bütün məsul yarışlar qabağı Ülvi Qənizadədən maksimum nəticə gözlədiyinizi dilə gətirirsiniz. Lakin bu idmançı hələ də qızıl medal qazana bilməyib. 
- Onun potensialı olduqca böyükdür. Kifayət qədər güclü, texnikalı idmançıdır. Dünya və üçqat Avropa çempionu Rafiq Hüseynovun, gənc istedad Həsrət Cəfərovun bir-iki əsas, tutarlı fəndi varsa, onda bu say iki-üç dəfə çoxdur. Sadəcə liderlik keyfiyyətləri aşağıdır. Medala qane olandır. Məşqdəki performansını yarışda göstərə bilmir.

- Finalda uduzan digər idmançılar barədə nə demək olar?
- Murad Məmmədov da Ülvi tipdə idmançıdır. O da öz səhvi ucbatından uduzdu. Sənanın rəqibi də baxmayaraq ki, son Olimpiadanın gümüş medalçısı, Asiya çempionu idi, o da udulası rəqibiydi. Hər halda, Sənan da elə-belə idmançı deyil. 

Ümumi götürəndə, yığma olaraq yaxşı çıxış elədik. Sonda komanda hesabında birinci olduq. Sadəcə, mən həmişə demişəm ki, hər çəkidə qızıl medal qazanana kimi daha yaxşısı mümkündür. 

- Qarşıdan daha məsul yarış - dünya çempionatı gəlir. Belqrada İslamiadadakı heyət aparılacaq, ya dəyişikliklər nəzərdə tutulub?
- Bir-iki dəyişiklik ola bilər. Hər şeyə yarışa təxminən bir həftə qalmış aydınlıq gələcək.
Bunadək bir neçə təlim-məşq toplanışı olub. Qarşıda yığmanın bir belə toplanışı da olacaq.

- Ötən mundialda yığma uzun fasilədən sonra ilk "üçlüy"ə düşmüşdü. Bu dəfə güclü Rusiya yığmasının məlum səbəblərdən yarışa qatılmayacağını nəzərə alsaq, hədəflər böyüməlidir...
- Mən həmişə demişəm ki, yunan-Romada rusların olmaması çox şeyi dəyişmir. Sərbəst güləşdən fərqli olaraq burada bir çox ölkələr iddialıdır. Ümumilikdə, bəli, müəyyən təsiri hiss olunacaq. Yığma da elə vəziyyətdədir ki, azı 6-7 çəkidə medal qazanmaq üçün real imkanlarımız var. Üç-dörd çəkidə finalda təmsil oluna bilərik.

- Rafiq Hüseynov və Eldəniz Əzizlidən başqa, hansı güləşçinin çempionluq üçün real imkanı olduğunu düşünürsünüz?
- Həsrət Cəfərovun imkanları böyükdür. İranlı olimpiya və dünya çempionu da Həsrətin keçə biləcəyi rəqibdir. Çatışmazlıqları üzərində işləmişik, inşallah, yaxşı olmalıdır.

- Ötən həftə gənc yunan-Roma güləşçiləri Sofiyada keçirilən dünya çempionatında tarixi uğura imza atdılar. Üç çempion arasında kimdə yaxın zamanda əsas yığmaya düşə biləcək potensial görürsünüz?
- Əvvəlcə deyim ki, üç qızıl medal həqiqətən çox böyük uğurdur. Gənclər yığmasının məşqçilərini, idmançıları təbrik edirəm.  Amma sözün düzü, həmin güləşçilər hələ ki, Həsrət səviyyəsində deyillər. Böyüklərin yarışında sözlərini demək üçün hələ çox artırmalıdırlar. Onların çəkisində yığmada güclü, titullu idmançılar var. Əlbəttə, biz də istərdik ki, gənclər sözlərini desin. Yığma da artıq kifayət qədər yaşlanıb.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X