Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Fanat.Az xəbər.verir ki, 55 kq çəki dərəcəsində yer alan idmançı finalln bir addımlığında yaponiyalı Ken Matsui ilə qarşılaşıb.
Rəqibinə 8:0 hesabı ilə qalib gələn Quluzadə həlledici görüşə vəsiqə qazanıb.
***
İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı start götürüb.
Fanat.Az xəbər verir ki, mundialın ilk günündə Azərbaycanın 4 yunan-Roma güləşçisi döşək üzərinə çıxıb.
55 kiloqram çəki dərəcəsində yer alan Nihad Quluzadə 1/4 finalda Giorgi Toxadzeni (Gürcüstan) 9:7 hesabıyla üstələyərək yarımfinala vəsiqə qazanıb.
Ziya Babaşov (63 kq) startda Endi Xuan Suçu (İspaniya) 9:0, ardınca Mustafa Yıldırımı (Türkiyə) 3:1 hesabıyla yenərək yarımfinala adlayıb.
Sərxan Məmmədov (130 kq) isə Damir Zuparovu (Qazaxıstan) 8:0, Maykl Şultsu (ABŞ) 3:1 məğlub edib.
Digər "klassik"imiz Laçın Vəliyev (87 kq) startda Andreas Vaelisi (Estoniya) məğlub etsə də, ardınca polşalı Şimon Şimonoviçlə bacarmayıb.
Nihad finalın bir addımlığında Ken Matsui (Yaponiya) ilə, Ziya İman Huseyn Mohammadi (İran) ilə, Sərxan isə Mixaylo Vişnivetski (Ukrayna) ilə qarşılaşacaq.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 23-dək davam edəcək.
***
Bu gün İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı start götürəcək.
Fanat.Az xəbər verir ki, mundialın ilk gündə Azərbaycanın 4 yunan-Roma güləşçisi mübarizə aparacaq.
55 kiloqram çəki dərəcəsində yer alan Nihad Quluzadə 1/4 finalda Artyom Deleanu (Moldova) / Giorgi Toxadze (Gürcüstan) cütünün qalibi ilə qüvvəsini sınayacaq.
Ziya Babaşov (63 kq) startda Endi Xuan Suç (İspaniya) ilə, Laçın Vəliyev (87 kq) Andreas Vaelis (Estoniya) ilə, Sərxan Məmmədov isə Damir Zuparovla (Qazaxıstan) münasibətləri aydınlaşdıracaq. Hər üç güləşçi yarışa 1/8 finaldan qoşulacaq.
Görüşlər Bakı vaxtı ilə 13:00-da start götürəcək.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 23-dək davam edəcək.