Dekabrın 10-11-də ABŞ-da sərbəst güləş üzrə Dünya Kuboku keçiriləcək.
Fanat.Az xəbər verir ki, turnirdə ABŞ, İran, Yaponiya, Monqolustan və Gürcüstan komandaları ilə yanaşı, dünya yığması da çıxış edəcək.
Bu gün komandanın tərkibi açıqlanıb.
Dünya yığmasının heyətində Azərbaycan millisinin üzvü Osman Nurməhəmmədov (92 kq) da yer alıb.