Azərbaycanın daha iki yunan-Roma güləşçisi bu gün İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında mübarizəyə qoşulacaq.
Fanat.Az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən Nihat Məmmədli təsnifat mərhələsində Oljas Sultanla (Qazaxıstan) üz-üzə gələcək.
72 kq çəkidə Qurban Qurbanov mərhələdə Yanis Nifrinin (Fransa) müqavimətini qırmağa çalışacaq.
Bu gün həmçinin 55 kq çəkidə yarışan Nihad Quluzadə final görüşünə çıxacaq. O, qızıl medal uğrunda Poya Marzla (İran) qarşılaşacaq.
63 kq çəki dərəcəsində çıxış edən Ziya Babaşov üçüncü yer uğrunda görüşdə Ahmed Bağduda (Misir)/Ryuto İkeda (Yaponiya) cütünün qalibi ilə, 130 kiloqramda mübarizə aparan Sərxan Məmmədov isə Əliəkbər Yusufiəhmədçali (İran)/Marin Nişimura (Yaponiya) duelinin güclüsü isə güləşəcək.