19:05 26.03.2020 139

İl dönümün mübarək, gözəl və özəl AFFA!

Bu gün AFFA-nın yaranmasından 28 il ötür. SSRİ adlı imperiyanın çöküşündən sonra bütün digər sahələr kimi, futbol təsərrüfatı da öz ümidinə qalan Azərbaycan başını başlara qoşdu. Yəni yaranandan 8 gün sonra - 1992-ci ilin aprel ayının 3-də Ədliyyə Nazirliyində 775 nömrəylə qeydiyyatdan keçən qurum futbol başbilənlərinin baş ofisi oldu.

1994-cü  ilin mayında UEFA-ya, iyununda FİFA-ya üzv olan AFFA 3 prezident görüb. Təbii, mərhum başqanların – ilk prezident Fuad Musayev (1992-2003) və Ramiz Mirzəyev (2003-2007) dönəmlərindəki qeyri-peşəkarlıqlardan 5 cildli roman yazmaq olar. Çempionatdakı məlum və düşündürücü fasilədən tutmuş idarəçilərin səlahiyyət həddini hansı dərəcədə aşmasına qədər...

İndiki vitse-prezident Elşad Nəsirovun Ramiz Mirzəyevin vəfatından sonra müvəqqəti tutduğu prezident postunu 2008-ci ildə ARDNŞ başqanı Rövnəq Abdullayevə verməsi ilə yeni dönəm başladı.

Məhz bu üzdən müstəqil Azərbaycanın futbol assosiasiyasının keçdiyi yolu şərti olaraq köhnə və yeniyə ayıra bilərik. Digər məsələləri yox, yalnız quruma ayrılan maliyyəni müzakirəyə çıxarsaq, nəyi nəzərdə tutduğumuz bəlli olar.

12 ildi yenilənmiş AFFA neftin qiymətinin qalxıb-düşməsindən asılı olmayaraq Avropa standartlarına uyğun "qidalanır”. 

Şübhəsiz, Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı fonunda indikindən 2 deyil, 3 dəfə uğurlu fəaliyyətlə diqqət çəkmək, alqış qazanmaq olardı. 

Yeni AFFA-nın ən ciddi çatışmazlığı etibarlı kadrların futbol bilgisi sarıdan "axsaması”, vəsaitin yetərincə ciddi hissəsinin davamlı olaraq uğursuz layihələrə yönəldilməsindədi. 

Təəssüf ki, 28 il öncə aradan qaldırılması müzakirə edilən ən şablon problemlərin də çoxu həllini tapmayıb. Belə desək, köhnə AFFA-da görməmişlikdən, başadüşülən və düşülməyən təcrübəsizlikdən,  SSRİ qafalı söz sahiblərinin fərdi idarəçilik istəyindən qaynaqlanan səbəblər üzündən görülməyən işlərin çoxu bu günə qədər görülməmiş qalıb.  

Ümumiyyətlə, heç nə etmədiklərini, yalnız idman qanqsterliyi ilə məşğul olduqlarını isbatlamaq iddiasında deyilik. Görünən budu ki, mümkün irəliləyişin 1/3 hissəsi də sezilmir.

Bu yazıda futbol haqda AFFA-ya baş katib təyin olunandan sonra bilgi toplayan Elxan Məmmədovun yaratdığı utopik sistemi incələmək fikrindən uzağıq. Qurumda işləyə-işləyə öyrənməyə çalışan, futbol idarəçiliyi yönündə təhsili alan adamın harda, nəyi və necə "yandırdığını”, hansı mümkün hədəflərin sırf "vəzir”in işbilməzliyinin güdazına getdiyini hamı bilir.

Vitse-prezident postunu bu idman növündəki hansı xidmətlərinə görə tuduğu bilinməyən Elşad Nəsirovun, eləcə də Berlində yetişdirib Azərbaycana qazandırmaq novellasının (akademiya –fiasko layihəsi də demək olar) müəllifi Rauf Əliyevin altına imza atdığı zəfər varmı? Bu şəxslərin hər hansı tövsiyyəsi Azərbaycan futboluna bu və ya digər dərəcədə fayda veribmi? Nə isə...

İçindəki adamlardan lap çox danışmaq olar. Qurumun quru canının nə suçu var ki...

...Hə, AFFA gözəl və özəl qurumdu. Baxımlı binası, bəs qədər maliyyəsi var. Qurumun büdəfəki "doğum günü” "evdə qal” çağırışının futbol xəbərlərindən çox diqqət çəkdiyi dönəmə düşüb. Yəqin ki, futbolumuzun baş binasında başbilənlik edən "ütülü oğlanlar” koronavirusa yoluxmaq ehtimalını nəzərə alıb heç kimin villasına yığışmayacaqlar...

Ümid edək ki, gözəl yazların birində həmin özəl görünüşlü binanın doğum günü bütün fanatların yadına düşəcək. Uzun bir cümlə ilə dəqiqləşdirsək, içində oturan adamların düzgün idarəçiliyi nəticəsində qazanılan ciddi futbol uğuru o binaya baxan istənilən futbolsevərin üzünə təbəssüm qonduracaq.
 
Yaranışının il dönümü mübarək, AFFA! 
 
Fanat.Az
Oxşar xəbərlər

Xəbər lenti

28 Mart 2020
23:00

Futbol oynayan uşağı meydanda güllələdilər

22:09

"Ayaks" fanatlarına görə "tərlədi"

20:15

"Bizim A, B və C planlarımız var" - UEFA prezidenti

20:12

Prosineçkinin koronavirus testinin nəticəsi açıqlandı

19:57

Millinin baş məşqçisi koronavirusa görə istefaya göndərildi

19:25

Lebron Ceymsin cari mövsümdəki ən yaxşı hərəkətləri - VİDEO

19:03

Bəhlul, Saşa, Təmkin

18:10

Premyer Liqa klubunun 8 futbolçusunda koronavirus əlamətləri aşkarlanıb

18:03

"Fənər" Rodrigesi niyə transfer edə bilməyib?

17:30

Azərbaycanda oynayan legionerlər Bakıda qalıb

17:20

Millimizin sabiq futbolçusu Moldova klubunda

17:19

"Qalatasaray"ın hollandı Belçika yolunda

17:14

Oynadıqları ölkələrdə qalan Azərbaycan voleybolçuları - ADLAR

17:05

"Özünüzü və ailənizi qoruyun, məsələyə qeyri-ciddi yanaşmayın" - Həbib koronavirusdan danışdı

16:36

İtaliya A Seriyasında mövsüm ləğv olunur

16:12

Voleybol millimizin üzvləri karantinə alındı

16:11

Daha iki basketbolçu koronavirusa qalib gəldi

15:40

Cokoviçdən xeyirxah addım: Koronavirusa görə 1 milyon avro bağışladı

15:17

"Real" bu futbolçularla yolları ayıracaq - SİYAHI

14:40

"Valensiya"nın 10 futbolçusu və 15 əməkdaşı koronavirusa yoluxub

14:31

Karantində qalmaq üçün kişi namizəd axtarır - FOTOLAR

14:21

"Mbaye Diane getsə də, yoxluğunu hiss etmədik"

14:19

“Sabah“ın oyunlarını neçə azarkeş dəstəkləyib?

14:09

Azərbaycan şahmatçıları Teymur Rəcəbova görə FİDE prezidentinə açıq məktub yazdı

13:54

Ronaldu koronavirusa görə 3,8 milyon avrodan imtina etdi

13:25

Messi, yoxsa Ronaldinyo? - Azarkeşlər ən yaxşı driblinq ustasını seçdilər

13:09

9,6 milyon avroya maşın aldı: 2 saniyədə 100 km/s sürət yığır - FOTO

12:41

"Real"da ayrılıq: Rəhbərlik müqavilə yeniləmək istəmir

12:38

Ulduz futbolçunun xanımı elə VİDEO paylaşdı ki...

12:03

Ermənistan millisinin üzvü koronavirusa yoluxdu

12:02

Ronaldu maaşının azaldılmasına razılıq verib

11:40

İlin ən baxımlı MMA nokautları - VİDEO

11:37

Karantində olan Azərbaycan idmançıları - ARAŞDIRMA/VİDEO

11:30

Mövsümün nəticələri ləğv olundu - Çempion müəyyənləşmədi

11:21

Teymur Rəcəbovla Karlsen arasında gərginlik

10:52

Həbib Ferqyusonla döyüşə belə hazırlaşır - FOTO

10:26

Noyer Almaniyadan kənarda oynamaq istəmir

10:23

Bu mənzərə Yürgen Kloppu ağlatdı - VİDEO

10:19

Ceyms Makkleyn buna görə cərimələndi - FOTO

09:36

"Marca": La Liqa sentyabrda başlayacaq

09:30

Ronaldudan nümunəvi addım: Koronavirusla mübarizədə xəstəxanalara kömək edəcək

09:06

FSS başqanı koronavirusu yendi

09:02

"Liverpul" və "Çelsi" 130 milyon avroluq futbolçudan imtina edib?

09:00

İPL aprelin sonuna qədər bərpa olunmayacaq - RƏSMİ

27 Mart 2020
19:53

"Barsa" 140 milyon avro itirəcək - SƏBƏB

19:29

"Kəpəz" necə hazırlaşır?

17:46

“Trabzonspor”un hücumçusu “Real” yolunda

16:59

"Qarabağ"ın akademiyasında onlayn məşq - VİDEO

16:08

"Fənərbaxça"nın 4 üzvündə koronavirus aşkarlandı - RƏSMİ

15:58

Azərbaycan millisi FİFA reytinqində gerilədi

15:21

AFFA hakimlər üçün onlayn dərslərə başladı

15:00

Rauf Məmmədov: "FIDE Teymur Rəcəbovdan üzr istəməlidi"

13:40

"Qalatasaray" camiəsində daha bir koronavirus şoku - SON DƏQİQƏ

13:32

"Çelsi"nin hücumçusu gedir - ÖZÜ DEDİ

12:58

2020-ci ilin ən baxımlı UFC nokautları - VİDEO

12:22

"Milan"ın qapıçısı: "Ronaldudan qorxuram"

12:21

UFC döyüşçüsü tanımadığı adamı küçədə nokauta saldı - VİDEO

11:44

"Brayton"un futbolçusu da virusa yoluxdu

11:05

2 il 8 ay komada qalan futbolçu ayılıb

11:04

FİFA klubların üzərinə yeni öhdəlik qoyacaq

10:52

"Fənər" koronavirusa görə belə məşq etdi

10:42

De Xea 300 min avro bağışladı

10:30

Məşhur futbolçu qızı haqqında: "Mən onun kimi bikinili şəkillər paylaşmıram" - FOTOLAR

10:21

"Barselona" əməkhaqqıları kəsdi - RƏSMİ

10:19

İdman naziri açıqladı: "Çempionatın apreldə, mayda başlamaq ehtimalı yoxdu"

09:27

"Santyaqo Bernabeu"dan depo kimi istifadə olunacaq - RƏSMİ

09:10

Almaniyanın ÇL iştirakçılarından örnək addım

08:58

Merih Demiral 2 min ailəyə yardım edəcək - ÖZÜ DEDİ

08:30

ÇL-in finalında meydana çıxan modeldən qalmaqallı FOTO

26 Mart 2020
22:50

Şəhriyar Məmmədyarov: “FİDE Teymura dəvət göndərər və narazılıqlar aradan qalxar”

Facebookdan bizi izləməyi unutmayın.