16:43 28.04.2019 1081

İlham Əliyev və Mehriban Əliyeva "Formula 1" yarışını seyr edir

Aprelin 28-də Bakıda Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin – SOCAR Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib. Əvvəlcə pilotların paradı və açılış mərasimi keçirilib.

Fanat.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin - SOCAR Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar.

Formula 1 Azərbaycan Qran-Prisinin paytaxtın Azadlıq meydanında keçirilən möhtəşəm açılış mərasimi maraqlı anları ilə yadda qalıb.

Paradda və himn mərasimində pilotları azyaşlılar müşayiət ediblər. Formula 1 şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının "Gələcəyin ulduzları” adlı birgə təşəbbüsü çərçivəsində qəbul etdiyi yeni qərara əsasən, ötənilki mövsümdən etibarən həm parad, həm də himn mərasimlərində pilotlar azyaşlılar tərəfindən müşayiət olunurlar.

Əvvəlcə tamaşaçılara builki yarış üçün xüsusi tərtib olunmuş kubok təqdim edilib. Açılış mərasiminə Azərbaycan Respublikasının dövlət himninin ifası ilə start verilib.

Dövlət himni tanınmış bəstəkar Azad Vəliyevin yeni aranjimanında səsləndirilib. Himni Azərbaycanın Əməkdar artistləri Bəyimxanım Vəliyeva və Nurlan Növrəsli birlikdə, müvafiq olaraq, muğam və klassik üslublarda ifa ediblər. Onları Əməkdar artistlər - tarda Şəhriyar İmanov, nağarada Kamran Kərimov, violonçeldə Emin Qaliyev və bəm nağarada Hüsaməddin Əzizov müşayiət ediblər. İfaçılar milli və klassik üslublara aid geyimlərdə meydana çıxıblar.

Dövlət himninin ifa olunmasından sonra Formula 1 Azərbaycan Qran-Prisinin 51 dövrədən ibarət final mərhələsinə start verilib.

Final mərhələsində hər birində iki pilot olan on komanda mübarizə aparır. Ötən gün keçirilən sıralanma yürüşünün nəticəsinə əsasən start xəttinə ən yaxın məsafədə "Mercedes” komandasının sürücüləri Luis Hamilton və Valtteri Bottas, "Ferrari” komandasının pilotu Sebastian Fettel dayandılar.

Qeyd edək ki, builki dünya çempionatında indiyədək keçirilmiş üç Qran-Pridən sonra pilotların yarışına 44 xalla "Mercedes”in pilotu Valtteri Bottas liderlik edir. Komanda yoldaşı Luis Hamilton ondan 1 xal geri qalır. "Red Bull Racing”in hollandiyalı pilotu Maks Ferstappen 27 xalla üçüncü, "Ferrari”nin Monakodan olan sürücüsü Şarl Lekler isə 26 xalla dördüncü pillədə qərarlaşıblar.

Konstruktorların yarışında isə "Mercedes” komandası 130 xalla birinci sıradadır. İkinci yerdə qərarlaşan "Ferrari” komandasının 73, üçüncü pillədəki "Red Bull Racing Honda”nın 52 xalı var.

Builki Bakı yarışı Formula 1 idmanı tarixində sayca 1001-ci Qran-Pridir. Çində təşkil olunan Formula 1 üzrə 1000-ci Qran-Pridə qələbə qazanan Luis Hamilton iki yubiley Qran-Prisinin qalibi olan ilk pilot kimi tarixə düşüb. Belə ki, o, həm də 2014-cü ildə Bəhreyndə təşkil olunan 900-cü Qran-Pridə də qələbə qazanıb.

Bakı trekinin uzunluğu 6 kilometr, ümumi məsafəsi isə 306 kilometrdir. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə aprelin 26-da start verilib. Yarışın birinci günündə pilotlar Bakı trekində iki sərbəst yürüşdə güclərini sınayıblar. Ötən gün keçirilmiş sıralanma yürüşündən sonra isə Qran-Pridə pilotların düzülüşü müəyyənləşib. Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışları da keçirilib.

Xatırladaq ki, Formula 1 yarışı Azərbaycanda dördüncü ildir təşkil olunur. 2016-cı ildə keçirilən birinci yarışda – Formula 1 Avropa Qran-Prisində "Mercedes” komandasının almaniyalı pilotu Niko Rosberq qalib gəlib. 2017-ci ildə təşkil olunan Formula 1 Azərbaycan Qran-Prisi "Red Bull Racing” komandasının avstraliyalı pilotu Daniel Rikkardonun qələbəsi ilə başa çatıb. Ötənilki Qran-Pridə isə "Mercedes” komandasının britaniyalı sürücüsü Luis Hamilton qələbə qazanıb.

Fanat.Az
Oxşar xəbərlər

Xəbər lenti

04 Aprel 2020
09:00

Aleksandr Qleb: "Elə buna görə çempionatı dayandırmırlar"

08:30

17 yaşında Olimpia çempionu olmuş gözəl model - FOTOLAR

01:01

UEFA Tsxadadzenin komandasını avrokuboklara qaytardı

03 Aprel 2020
23:47

Həbib: "Konor mənim üçün sıfırdı, ağzını partladanda belə danışmırdı"

23:03

Oğul Maldini sağaldı

22:06

Qocalmaq bilməyən İbradan əqrəbsayağı vuruşlar - VİDEO

21:08

"Lans"ın sabiq qolkiperi koronavirusdan öldü

19:25

İspaniya çempionatı qeyri-müəyyən müddətə təxirə salındı

18:30

89 yaşında ata olacaq

17:46

Droqba da professorlara etiraz etdi: "Afrika sınaq laboratoriyası deyil"

17:23

Millimizin üzvü karantindən evə buraxıldı

17:21

"Qəbələ"nin legioneri: "İsraildə vəziyyət pisləşir, insanlar evdə qalmaq istəmir"

17:03

Azərbaycan çempionatı ləğv olundu, lider çempion elan edildi

16:38

Premyer Liqada mövsümün oyunçusu müəyyənləşdi

16:01

Bundesliqa klubu məşqləri bərpa etdi - FOTOLAR

15:56

Ramin Musayev: "Biz çempionatı sona çatdırmaq niyyətindəyik"

15:40

Del Pyero: "Yuventus"a sevgim bənzərsizdi və heç vaxt bitməyəcək"

14:56

UEFA çempionatları ləğv edən ölkələrin klublarını avrokuboklara buraxmaya bilər

14:11

"Nəcisdən fərqiniz yoxdu. Afrika sizin ata-baba mülkünüz deyil" - Eto'odan sərt reaksiya

13:52

"Bavariya" futbolçuları maaşlarının 20%-dən imtina ediblər

13:10

İkardi PSJ-də qalmayacaq

13:03

Həbib Nurməhəmmədov: "Putinə zəng vurub təyyarə istəyə bilərəm?"

12:52

"Mənə məkanı deyin, istənilən yerdə Ferqyusonla döyüşməyə hazıram"

12:18

İlk milyarder futbolçu - Ronaldu

11:38

Dünya çempionumuz karantindən evə buraxıldı - FOTO

11:35

"Daxili çempionatların ləğv edilməsinə dair qərarlar əsassızdı" - UEFA-dan üzv ölkələrə məktub

10:58

İtaliya A Seriyası nə vaxt bərpa olunacaq? - Federasiya və çempionat rəhbərliyinin planı

10:30

"Toni və Həbib qorxaqlıq oyunu oynadılar" - Makqreqor

09:45

"Heç vaxt "Mançester Siti", "Liverpul" və "Lids"də oynamaram" - MY əfsanəsi

09:30

Siyasətçidən Ronalduya ağır sözlər: "O heyvanı..."

09:10

"Barselona" ter Şteqeni razı sala bilmir

09:00

İngiltərə nəhəngi Türkiyə millisinin üzvünü transfer edir

08:30

18+ sayta girdi, biabır oldu - FOTO

08:20

Fanatlar "yüngül əxlaqlı qadın"a nə təklif etdi? - FOTOLAR

01:42

Koronavirusa yoluxan Rüştü Reçberin aqibəti necə olacaq? - AÇIQLAMA

01:28

Azərbaycanlı atlet: "Tokio-2020-dən medal gətirəcəm"

02 Aprel 2020
23:44

"Yüngül əxlaqlı qadın"ı fanatlar belə məşhurlaşdırdı - VİDEO

20:46

Ərini belə gözləyir - FOTO

20:30

DÜNƏNKİ FUTBOL: Edvin van der Sarın ağlasığmaz seyvləri - VİDEO

20:26

Madrid klubu futbolçuların və məşqçilərin maaşlarını 70 faiz azaltdı

20:10

“Real”ın əfsanəsi vəfat etdi

19:20

"Mən Hamesin yerində olsaydım, "Real"dan qaçardım" - Valderrama

18:57

"Çelsi" argentinalı ulduza 111 milyon verir

18:41

Azərbaycan şahmatçıları superturnirdən kənarda qaldı

18:33

"Breşia"nın prezidenti A Seriyasını boykotla hədələdi

18:30

NBA-da mövsümün ən yaxşı uzaq məsafə atışları - VİDEO

17:52

Kannavaro Kasilyası məsxərəyə qoydu: "Sən federasiya prezidenti olacaqsan, mən isə..."

17:34

"Tottenhem"in ulduzu hərbi xidmət üçün ölkəsinə qayıtmağı planlaşdırır

16:55

"Milan" "Qarabağ"ın sabiq qapıçısı ilə vidalaşır

16:48

Radamel Falkaodan Türkiyədə koronavirusla mübarizəyə dəstək

16:45

Mövsüm ləğv olunur, lider çempion elan ediləcək

16:20

Ronaldu Messini qabaqladı və tarixin ən yaxşı futbolçusu seçildi - FOTO

15:47

"Bavariya" karantin qaydalarını pozan futbolçusunu cərimələdi

15:15

"Yuventus" və MY-nin səhmləri dəyərdən düşür - Koronavirusun mənfi təsirləri

14:50

Modriç "Real"dakı gələcəyi ilə bağlı qərarını verdi

14:18

Azərbaycan Premyer Liqası ləğv oluna bilər - RƏSMİ

14:03

Rus döyüşçü braziliyalıdan hamilə qaldı - FOTO

13:58

"Hamı Həbibin döyüşə çıxmayacağını bilirdi" - Deyna Uayt

13:33

PSJ, "Yuventus" və "Çelsi" Hakimi uğrunda mübarizə aparacaqlar

12:49

Xanım UFC döyüşçüsü çılpaq məşq etdi, FOTOsunu paylaşdı

12:45

Ferqyusonun rəqibi Makqreqor olacaq? - İDDİA

12:16

"Səbail"in legioneri: "Burda ordu yoxdu, küçəyə çıxa bilirik"

12:05

Futbol çempionatı 3 gündən sonra başlayır - RƏSMİ

12:03

Dibaladan Ronalduya: "Argentinada sənə nifrət edirik"

11:40

Kriştianu Ronaldu bu kluba keçir - Şok iddia

11:35

"Yuventus" koronavirusa yoluxan futbolçuyla anlaşdı

10:58

"Bavariya" və Müller arasında maaşla bağlı fikir ayrılığı yaranıb

10:40

"Həbib məndən qorxur. O, sürtükdü" - Ferqyusondan Nurməhəmmədovun ünvanına ağır sözlər

09:58

"Barselona" Qrizmannı satmağa hazırdı

09:30

"Uimbldon" koronavirus səbəbindən ləğv olundu

Facebookdan bizi izləməyi unutmayın.