Çimərlik futbolu üzrə Azərbaycanın yığması Avropa çempionatının I seçmə mərhələsinə (EBSL) qələbə ilə başlayıb.
Fanat.Az xəbər verir ki, B Liqasının A qrupunda yer alan komanda İngiltərə seçməsi ilə üz-üzə gəlib.
İspaniyanın El Puerto de Santa Maria şəhərində təşkil olunan görüş Sahib Məmmədovun yetirmələrinin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Ramil Əliyev iki, Sahib Məmmədov və Bayram Bayramlı hərəyə bir dəfə fərqləniblər, bir qol isə avtoqol kimi qeydə alınıb.
Qeyd edək ki, Azərbaycan yığması qrupda növbəti oyunlarını mayın 24-də Belçika, 25-də isə Litva seçmələrinə qarşı keçirəcək.