İtaliyanın "Torino” klubunun yeni baş məşqçisinin adı bəlli olub.
Fanat.Az xəbər verir ki, bu barədə A Seriya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, komanda Davide Nikolaya həvalə olunub. Ancaq 47 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, "Torino” rəhbərliyi ötən gecə sabiq baş məşqçisi Marko Campaulonu komandanın uğursuz nəticələrinə görə istefaya göndərmişdi.
Fanat.Az