11:52 25.02.2020 2394

Arpaçay Karate Klubu XI Beynəlxalq “Baku Open” turnirinə hazırlaşır

Ölkəmizin karate üzrə aparıcı klublarından olan Arpaçay Karate Klubu 2020-ci ildə yeni-yeni uğurlar əldə etmək üçün növbəti turnir və yarışlara hazırlıq işləri həyata keçirir.

Bu hazırlıq işləri çərçivəsində 2020-ci il martın 5–8-də Azərbaycan Milli Karate Federasiyası tərəfindən Boks İdman Mərkəzində keçirilməsi nəzərdə tutulan XI Beynəlxalq "Baku Open” Karate Turniri ərəfəsində Arpaçay Karate Klubunun karate üzrə yığma komandasının məşq zalında təlim-məşq toplantısı təşkil edilib. Klubun prezidenti, əməkdar məşqçi, 4-cü dan qara kəmər ustası Yavər Hüseynov, Klubun birinci vitse-prezidenti, Əməkdar məşqçi və idman xadimi Hidayət Şabanov, Klubun baş katibi, beynəlxalq dərəcəli hakim Vüqar Kərimov, habelə Arpaçay Karate Klubunun Sumqayıt bölmələrinin məşqçiləri Mehman Əlirzayev və Pərviz Quliyevin rəhbərliyi ilə keçirilən tədbirdə Klubun yığma komandasının üzvləri ilə birlikdə 100-ə yaxın karateçi iştirak edib.

Təlim-məşq toplantısında iştirak edən idmançıların əvvəlcə hazırlıq səviyyəsi yoxlanılıb, daha sonra uşaqlar və yeniyetmələr arasında fərdi kumite döyüşləri keçirilib. Klubun rəhbəri Y.Hüseynovun verdiyi məlumata görə, Arpaçay Karate Klubunun geniş heyətlə qatılacağı XI Beynəlxalq "Baku Open” Karate Turnirinə, həmçinin digər yerli və beynəlxalq yarışlara hazırlıq məqsədilə bu qəbildən olan təlim-məşq toplantıları noyabrın sonuna nəzərdə tutulan Karate üzrə Respublika Çempionatına qədər mütəmadi olaraq davam etdiriləcək.

Klubun birinci vitse-prezidenti H.Şabanov isə qeyd edib ki, Azərbaycan Milli Karate Federasiyasının yeniyetmə və gənclərdən ibarət karate üzrə milli yığma komandasına ən çox idmançı yetişdirən klublardan biri olan Arpaçay Karate Klubu qarşıdan gələn beynəlxalq turnirlərdə yüksək yerlər əldə etmək əzmi ilə çalışır.

Arpaçay Karate Klubunun baş katibi, Dünya Şotokan Federasiyasının Azərbaycan üzrə rəsmi nümayəndəsi V.Kərimov isə 2020-ci ilin 15-17 may tarixlərində Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Muxtar Resublikasında baş tutacaq Dünya Şotokan Federasiyasının Ümumilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş növbəti Dünya Kubokuna hazırlıq işlərin sürətlə davam etdirildiyini qeyd edərək doğma klubun da bu mötəbər yarışda yeni-yeni uğurlar əldə etmək niyyətində olduğunu vurğulayıb.
 






 
Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

09:00

"Mən Qvardiola və Mourinyu ilə müqayisədə heç kiməm" - Dünya çempionu olan məşqçi

01:06

Zamiq Albaniya çempionu oldu

00:44

İtaliya A Seriyası: "Fiorentina"nı da evə xalsız göndərdilər, "Roma"nı da

00:25

Konfrans Liqasının finalına hakim təyinatları açıqlandı

00:07

Türkiyə Super Liqası: Kardozo het-trik etdi, komandası qazandı

12 May 2025
23:37

Avropa Liqasının finalı almana tapşırıldı

23:09

Rafinyanın "Barselona"dakı aqibəti necə olacaq? - SON DURUM

22:52

Türkiyə klubunda gözlənilməz ayrılıq - Çempion məşqçini istefaya göndərdilər

22:27

Simeone "Napoli"dən ayrılır, İtaliyadan yox

21:50

Ranyerini bu iki mütəxəssisdən birinin əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

21:15

Əvəzedicilər Liqası: Tura 10 qolla yekun vuruldu

20:42

"Qarabağ"ın məşqçisi UEFA-nın kursunda təlimatçı qismində iştirak etdi

20:14

Azərbaycan millisi iki yoxlama oyununa çıxacaq

19:40

Vaqif Cavadovun yerini o tutacaq

19:10

ÇL-in finalını idarə edəcək hakimlərin adları açıqlandı

18:37

Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ

18:13

"Qarabağ" rəsmisi UEFA Akademiyasının kursuna qatıldı

18:02

Ançelotti rəsmi müqaviləyə imza atdı - Bu tarixdə "Real"ı tərk edəcək

Facebookdan bizi izləməyi unutmayın.
X