Kişilərdən ibarət kumite millimiz BƏƏ-nin Dubay şəhərində keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, kollektivimiz dünya üçüncülüyü uğrunda Özbəkistan komandası ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan karateçilərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, millimiz mundialın bürünc mükafatına sahib çıxıb.
Bu gün mübarizəyə qoşulan para-karateçilərimizdən isə Emiliya Mitilinova və Eldar Əhmədov medal qazana biliblər. Onların hər ikisi "bürünc"lə kifayətlənib.
***
Bu gün BƏƏ-nin Dubay şəhərində keçirilən karate üzrə dünya çempionatına yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, son - altıncı gündə kumite üzrə komanda turnirində qalib və mükafatçılar müəyyənləşəcək. Həmçinin para-karate yarışları təşkil olunacaq.
Azərbaycanın kişilərdən ibarət kumite yığması bürünc medal görüşünə çıxacaq. Kollektivimiz Özbəkistan komandası ilə münasibətləri aydınlaşdıracaq.
Para-karateçilərin mübarizəsində isə Eldar Əhmədov, Sahib Əhədov, Ülvi Zeynallı, Lazım Allahverdiyev və Emiliya Mitilinova uğur qazanmağa çalışacaqlar.
Qeyd edək ki, qadınların kumite yarışındakı təmsilçimiz İrina Zaretska (68 kq) bütün rəqiblərini məğlub edərək dünya çempionatının qızıl medalını qazanıb. Kişilərin +84 kq çəki dərəcəsində çıxış edən Asiman Qurbanlı isə yarışı bürünc mükafatla başa vurub.