15:33 09.11.2022 510

Azərbaycan kikboksçuları Avropa çempionatına hazırlaşır

Kikboksinq üzrə Azərbaycan Türkiyənin Antalya şəhərində keçiriləcək Avropa çempionatına hazırlaşır.

Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, yığma millisi ilin son yarışına hazırlıqlarını baş məşqçi Elşən Abdulrəhimovun rəhbərliyi altında Bakı Olimpiya Stadionunun zalında keçir.

Qarşıdakı qitə çempionatı 2023-cü il 21 iyun - 2 iyulda Polşanın Krakuf şəhəri və Malopolska bölgəsində təşkil olunacaq III Avropa Oyunlarına, eləcə də gələn il 5 - 14 oktyabrda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutacaq III Ümumdünya Kombat Oyunlarına lisenziya verir. "Full contact" üzrə 5, "Low kick" üzrə 6 çəki dərəcəsi üzrə lisenziya döyüşləri keçiriləcək. "Full contact"da "8-liy"ə düşənlər Avropa Oyunlarına, "Low kick"də "4-lüy"ə düşən idmançılar isə Ümumdünya Kombat Oyunlarına lisenziya qazanacaq.

Milli komanda ilə məşq edən heyətdə ötən ay gənclər arasında dünya çempionatında qızıl medal qazanmış Amin Quliyev və Elvin Məmmədov da var. Onlar üçün bu Avropa çempionatı böyüklərin yarışında debüt olacaq.

Hazırlıq prosesini dəyərləndirən Elşən Abdulrəhimov milli komandanın Avropa çempionatı üçün son məşqlərini keçdiyini bildirib: "Hədəfimiz həm Avropa Oyunları və Ümumdünya Kombat Oyunlarına lisenziya qazanmaq, həm də Avropa çempionatından Vətənə qızıl medalları gətirməkdir. Yarışda ölkəmiz 40 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunacaq. Bunlardan 5-i məşqçi, 35-i idmançıdır. Nümayəndə heyətinin rəhbəri federasiyanın I vitse-prezidenti Ramal Aslanov olacaq. O özü də "Full contact"ın 75 kq çəki dərəcəsində qüvvəsini sınayacaq. Bu çəki həm də Avropa Oyunlarına lisenziya xarakteri daşıyır. Yarışda həmçinin 2 qadın və 2 veteran idmançı ilə də təmsil olunacağıq. Veteranlardan biri tanınmış kikboksçumuz Eduard Məmmədov olacaq. Artıq Eduardın veteranlar arasında 3 dünya çempionluğu var. İndi o, veteranlar arasında Avropa çempionu olmağa çalışacaq".

Milli komandanın böyük məşqçisi Telman Məhərrəmov bu yarışdan da böyük nəticələr gözlədiklərini gizlətməyib: "Nəticələrin bizim üçün önəmi var. Çünki bəzi çəki dərəcələri Avropa Oyunlarına, bəziləri də Ümumdünya Kombat Oyunlarına lisenziya verəcək. Ümumilikdə Avropa çempionatı hər bir idmançıya reytinq xalı qazandırır. Burada yaxşı nəticə göstərənlər növbəti il keçiriləcək dünya çempionatına yüksək reytinqlə daxil olur və ilk döyüşlərdə nisbətən zəif rəqiblərlə qarşılaşmaq imkanı əldə edirlər. Neçə medal qazanacağımızla bağlı proqnoz vermək istəmirəm. Amma gənclərin son dünya çempionatı göstərdi ki, kikboksinq Azərbaycanda inkişafdadır. Ümid edirəm ki, bu Avropa çempionatında rekord nəticə göstərəcəyik. Yarış qardaş ölkədə keçirildiyi üçün İslam Həmrəyliyliyi Oyunlarında olduğu kimi, burada da özümüzü yad hiss etməyəcəyik".

Kikboksçu Camal Məmmədov qitə çempionatına yüksək səviyyədə hazırlıq getdiyini və hər şeyin qaydasında olduğunu vurğulayıb: "Məqsədimiz Azərbaycan bayrağını ən yüksək zirvəyə qaldırmaqdır. 2019-cu ildə Antalyada keçirilmiş dünya çempionatında və bu il Konyadakı İslamiadada finalçı olmuşam. Ümid edirəm ki, bu dəfə Türkiyədə medalın əyarını dəyişib Avropa çempionu olaram".

Yığmanın digər üzvü Rəhim Əliyev isə İslamiadada gümüş medal qazandığını xatırladıb: "Onda qızıl medal qazanmaq qismət olmamışdı. Bu dəfə də yarış Türkiyədə keçiriləcək. İnanıram ki, bu dəfə qızıla sahib çıxaram".

Qeyd edək ki, Avropa çempionatı 14 - 19 noyabrda keçiriləcək. Milli komanda Türkiyəyə noyabrın 12-də yola düşəcək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2025
13:56

Əliyar Ağayev Serbiyanın oyununa təyinat aldı

13:19

Ərəblər "Mançester Siti"nin ulduzunu da aparırlar

12:53

Neymar koronavirusa yoluxdu

12:20

"Barselona" ter Ştegendən qurtulmağın yolunu tapdı

11:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:13

Paçettino "Tottenhem"ə mümkün dönüşündən danışdı - "100 məşqçidən biriyəm"

10:41

Günün oyunları bu kanallarda - AFİŞA

10:06

U-21 Sumqayıtda Monteneqro ilə qarşılaşır

09:38

Millətlər Liqasının qalibi müəyyənləşir - YENİLƏNİR

09:00

Azərbaycan millisinin rəqibi Kanada ilə bacarmadı

01:50

Türkiyə millisi ABŞ yığmasını yendi

00:51

DÇ-2026: İngiltərə səfərdə 1, Niderland 2 qolla qazandı

07 İyun 2025
23:55

3×3 basketbol üzrə Azərbaycan yığması yarımfinalda

23:03

Azərbaycan millisi tarixində ilk dəfə Avropa çempionu oldu

22:38

Azərbaycan yığması Qızıl Avropa Liqasında Monteneqroya da uduzdu

21:40

Azərbaycan millisi Gürcüstana set vermədən qalib gəldi

21:10

"Şamaxı" İsmayılovla müqavilə bağladı - RƏSMİ

20:46

"Neftçi"dən ayrılan hücumçu "Zirə"yə keçdi - RƏSMİ

20:18

"Qapıya zərbə vurmuruq" - Fernandu Santuş

19:56

"Liverpul"un sabiq futbolçusu Sequnda klubunda - RƏSMİ

19:12

Latviya - Azərbaycan matçının statistikası

18:51

Azərbaycan millisi Latviya ilə heç-heçə etdi

18:27

MS Qrilişi aldığından 3 dəfə ucuz satır - MƏBLƏĞ

17:58

Kevin De Bröyne İstanbul klubunun təklifi qarşısında "əridi" - SON DURUM

17:21

Qranit Caka İtaliya nəhənginə keçməyə yaxındır - SON DURUM

16:52

"İnter" braziliyalı futbolçu aldı - RƏSMİ

16:14

Jorjinyonun yeni klubu bəlli oldu - RƏSMİ

15:44

Osimhen yeni klubu ilə razılığa gəldi - SON DURUM

15:20

İtaliya millisinin başına tarixi ərzində belə hadisə gəlməmişdi - Antirekord

14:50

Dembele sevimli oyunçusunun adını dedi

14:16

Ançelottinin oğlunun yeni iş yeri bilindi

13:40

Niko Uilyams yekun qərarını verdi

13:11

Azərbaycan millisi ilk qələbə həsrətinə son qoya biləcək?

12:48

"Barselona"nın futbolçusu bu kluba keçmək üzrədir

11:56

"İndi beynəlxalq oyunlar üçün yaxşı vaxt deyil" - Tomas Tuxel

11:33

Azərbaycan basketbolçuları mübarizəyə başlayır

10:56

Donnarumma 0:3-ü belə şərh etdi

09:00

Spalletti Norveçdəki fiaskodan sonra nə danışdı?

00:57

DÇ-2026: İtaliya darmadağın oldu, Xorvatiya 7 cavabsız qol vurdu

00:29

Əliyar Ağayev "Lujniki"də avtoqol qeydə aldı, 4 vərəqə göstərdi

Facebookdan bizi izləməyi unutmayın.
X