"Liverpul"un baş məşqçisi Yürqen Klopp İngiltərə Premyer Liqasında mövsümün erkən başa çatmasına qarşıdı.
Fanat.Az "Goal"a istinadən xəbər verir ki, alman çalışdırıcı mövsümün ləğvinin ədalətsiz qərar olacağını bildirib:
"Bəzi insanlar mövsümün ləğv olunmasını təklif edirlər. Amma biz yolun 76%-ni qət etmişik. Onlar bütün bunları bir kənara atmaq, silmək istəyirlər. Bu, ədalətsizlikdi. "Liverpul" ümumi turnir cədvəlində, həmçinin ayrı-ayrılıqda ev və səfər oyunlarının xal hesabında liderdi. Biz çempion olmalıyıq".
Premyer Liqada 29 turdan sonra lider olan "Liverpul" ən yaxın izləyicisi "Mançester Siti"ni 25 xal qabaqlayır.
Fanat.Az