13:34 10.09.2021 2584

"Bazel"lə yalnız "Qarabağ" başabaş mübarizə apara bilər" - SORĞU

Konfrans Liqasının qrup mərhələsinə yüksələn "Qarabağ"ın rəqiblərindən biri Qazaxıstanın "Kayrat" klubudur. 

Fanat.Az sözügedən ölkənin idman jurnalistləri arasında sorğu keçirib. Onlar "Bazel" (İsveçrə), "Qarabağ", "Kayrat" və "Omoniya"nın (Kipr) yer aldığı H qrupunu dəyərləndiriblər. 

Tlek Adrışev, "SportsArena.kz" saytının əməkdaşı, "400 zərbə" layihəsinin müəllifi: "Qurban Berdiyev baş məşqçi postuna təyin ediləndən sonra "Kayrat" cəmi bir rəsmi matça çıxıb ki, onda da yetərincə baxımlı oyun sərgiləyə bilməyib. Bu üzdən mütəxəssislər və jurnalistlər komandanın nə dərəcədə dəyişdiyi barədə dəqiq fikir səsləndirməyə çətinlik çəkirlər. Hərçənd, baş məşqçinin xarizmasını və bacarığını əsas götürərək daxili birincilikdə çempion titulunu qoruyacağını və Konfrans Liqasının qrup mərhələsində özünü yaxşı tərəfdən göstərəcəyini güman edirlər. "Qarabağ"la oyunlar təbii ki, xüsusi əhəmiyyət daşıyacaq. "Həyatda qardaş, meydanda rəqib" deyimini nəzərə alsaq, bu matçlar olduqca önəmlidir. Sovetlər dönəmindən bəri bu iki ölkənin komandaları arasında keçirilən görüşlər yetərincə prinsipial alınır. "Kayrat"ın qrupdan çıxmaq şansı 50-nin 50-yədir. Berdiyev olmasaydı, 40-ın 60-a, hətta 30-un 70-ə deyərdim. Əlbəttə, digər tərəfdən, Almatı təmsilçisinin əsas gücünü yerli çempionata və ya avrokubok matçlarına yönəltmək amili də var. Ümumilikdə, qrupda ilk iki yerin türk duetinə - "Qarabağ"la "Kayrat"a qismət olmasını arzulayıram. Klublarımızın qrupdan çıxmasını, avrokubok mübarizəsini yazda da davam etdirməsini istəyərdim".

Aydın Xocahmed - futbol eksperti, "Kozhakhmet_inside_official" teleqaram kanalının müəllifi: "Kayrat"ın düşəcəyi istənilən qrup çətin olacaqdı. Almatı təmsilçisinin bu səviyyədə matçlar üçün təcrübəsi yoxdur. Bununla belə,komanda yetərincə güclü və rəqabətə davamlıdır. Heyətdə Vaqner Lav, Xose Kante kimi parlaq ifaçıların olduğunu da unutmamalıyıq. Qazaxıstan klubunu avrokubokların təsnifat mərhələlərindəki oyunlara nəzərən mühakimə etməyə dəyməz. Məncə, qrupda daha güclü olacaqlar. Əvvəla, çox güclü baş məşqçiləri var. Bundan başqa, Polşa millisinin yarımmüdafiəçisi Yatsek Quralski də komandanın sıralarına dönüb. Dizindəki zədə üzündən yarım il oynamayan Quralski "Kayrat" üçün çox şey deməkdir. Belə deyim, Yatsekli və Yatseksiz "Kayrat"  iki fərqli komandadır. Fikrimcə, "Bazel" qrupun favoritidir. Hə, bu kollektiv nə "Roma"dır, nə də "Tottenhem", amma ümumi səviyyə və təcrübə baxımından digərlərindən bir qədər üstün görünürlər. Təxminən "Qarabağ"la müqayisə oluna bilər. Məncə, Azərbaycan təmsilçisini də məhz avrokuboklarda müntəzəm çıxış etdiyi üçün favorit statusuyla dəyərləndirmək olar. Bütün hallarda, bu qrupda rəqiblər arasında o qədər də böyük fərq yoxdur. Yəni vəziyyətdən asılı olaraq hər biri, o cümlədən "Kayrat" da qrupdan çıxa bilər".

Vladimir Maltsev - "SportsArena.kz" saytının baş redaktoru: "Püşkatma zamanı komandalar H qrupunda bu ardıcıllıqla düzülüüb: "Bazel", "Qarabağ" "Kayrat", "Omoniya". Risk edərək deyim ki, elə qrup oyunları başa çatanda da bu sıralama dəyişməyəcək. Yəni bu gün belə görünür. Məncə,"Bazel"lə yalnız "Qarabağ" başabaş mübarizə apara bilər. Bu mənada "Omoniya"nın da isveçrəlilərə müəyyən çətinlik yaradacağını ehtimal etmək mümkündür. Təbii, Azərbaycan təmsilçisi təsnifat mərhələsində bir oyun belə, uduzmayıb. "Aberdin" kimi möhkəm komandanı pley-off mərhələsində keçirdiyi hər iki görüşdə üstələməsi də sıradan fakt deyil. "Kayrat" isə Çempionlar Liqasından Avroliqaya, ordan da Konfrans Liqasına yuvarlanıb. Deyərdim ki, pley-offda Lüksemburq "Fola"sı ilə düşdüklərinə görə qrupa vəsiqə qazana bildilər. Hə, Qurban Berdiyev faktoru da diqqət mərkəzindədir. Onun "Rubin"i çalışdırarkən "Barselona" üzərində qazandığı qələbə də hələ yaddaşlardan silinməyib. Şübhəsiz, tanınmış mütəxəssisdir. Fəqət "Berdiyev varsa, hamıya həddini göstərəcəyik" məntiqi absurddur. Yaxşı komanda qurmaq üçün vaxt lazımdır. 

Bu mövsüm "Kayrat" arzulanan səviyyədə deyil. Berdiyevli və ya Berdiyevsiz, fərq etmir. Vaqner Lav olmasaydı, batardı... İstər texniki hazırlıq, istər təcrübə, istərsə də başqa nüanslarda komanda yoldaşlarından fərqlənir. Bu da var ki, onun da oyun üslubu artıq "Kayrat"ın Qazaxıstan çempionatındakı rəqiblərinə tanışdır. Ona görə də, birinci mövsümündəki qədər effektli görünmür. Müqayisə aparsaq, xeyli geriləyib. 

"Qarabağ"la bu günlərdə üz-üzə gəlsəydilər,Berdiyev və Lav amili heç nəyi dəyişməzdi. Ancaq oktyabr-noyabr aylarına qədər müəyyən vaxt var. Bu, məntiqlə, "Kayrat"ın işinə yaramalıdır".

İvan Belozyorov - "Prosports.kz" saytının əməkdaşı: "H qrupunda öz ölkələrinin iki çempionu və iki gümüş medalların sahibi yer alıb. Birinci yerə əsas namizəd "Bazel"dir. Qalan üç komandadan hər biri - "Qarabağ", "Kayrat" və "Omoniya" ikinci yeri tuta bilər. Görünın budur ki, qrup mərhələsinin 3-cü və 4-cü turlarında qarşılaşacaq "Qarabağ"la "Kayrat"ın şəxsi oyunlarının nəticələri birbaşa və ya dolayı yolla pley-offa vəsiqələrdən birinin taleyini müəyyənləşdirəcək. Qazaxıstan komandasıyla duellərdə Azərbaycan təmsilçisinin əsas üstünlüyü avrokubokların qrup mərhələlərində yığdığı zəngin təcrübə və iki eyni səviyyədə qapıçıya malik olmasıdır. "Qarabağ"ın heyətində Şahruddin Məhəmmədəliyevlə Emil Balayev varsa, "Kayrat"da bütün ümidlər Stas Pokatilovadır. Hər hansı səbəbdən meydana çıxa bilməsə, "çərçivə" gənclərə həvalə ediləcək. Öz növbəsində Almatı "drujina"sı "Rubin" və "Rostov"la Avropa nəhənglərinə meydan oxumuş mütəxəssisin - Qurban Berdiyevin rəhbərliyi altında oynayacaq. Əlbəttə, Berdiyev komandanı cəmi bir rəsmi görüşə çıxarıb və həmin oyunda "Kayrat" praqmatik oyunla Lüksemburq "Fola"sını 3:1 hesabıyla məğlub edib. İndidən nə isə demək çox çətindir. Sualın cavabına sentyabrın 12-də Qazaxıstan çempionatında "Ordabası", 16-da isə Konfrans Liqasının birinci turu çərçivəsində "Omoniya"ya qarşı keçirəcəkləri matçlarda aydınlıq gələcək".

Röya Kərimli

Redexphoto
Oxşar xəbərlər

phrase_var_core.lent

21 phrase_var_core.may 2025
01:17

İPL: "Mançester Siti"dən inamlı qələbə

20 phrase_var_core.may 2025
23:53

"Milan"a yazığım gəlir" - Nelson Dida

23:30

Yüksək Liqa: Mərkəzi oyun FİFA referilərinə tapşırıldı

23:01

İspaniya nəhəngi Leauya elçi düşdü

22:49

"Prezident mənə yazaraq bildirdi ki..." - Flik açıqladı

22:14

"Barselona" Fortla bağlı qərarını verdi

21:50

"Milan"ın yeni idman direktoru bilindi

21:20

"Məncə, Rusiya Braziliyanı məğlub edər" - Daniel Karvalyo

20:48

Yüksək Liqanın debütantı braziliyalı legionerlə gücləndi

20:16

Simone İnzaqi illik 20 milyon avro maaşdan imtina etdi

19:51

"Mümkünsüz heç nə yoxdur" - Holand "Barselona"da?

19:10

II Liqa: "Füzuli" Region Liqasına düşdü, "Lerik" pley-off oynayacaq

18:50

"Bəzi çəkilərdə rəqiblərlə müqayisədə zəifik" - Həsrət Məmmədyarov

18:14

İsrail millisinin futbolçusu 31 yaşında vəfat etdi

17:50

Azərbaycan cüdoçuları AÇ-yə Yılmazın rəhbərliyi altında hazırlaşırlar

17:33

"Ayntraxt" klubunu dəyişmək istəyən hücumçusuna elə qiymət qoydu ki...

17:15

Finalda yeganə qolu vuran futbolçu İngiltərə nəhənginə keçir - MƏBLƏĞ

16:58

Macarıstan millisinin Azərbaycan yığması ilə oyun üçün heyəti açıqlandı

16:40

"Olimpiakos" Fransa millisində 4 matça çıxan futbolçunu heyətinə qatdı - RƏSMİ

16:22

Dünya və Avropa çempionu karyerasını bitirdi - RƏSMİ

16:03

"Milan"ı titulsuz qoyan klub yeni transferini açıqladı

15:45

Azərbaycanlı futbolçu Rusiyada yenə turun rəmzi yığmasına seçildi

15:27

Laporta "Barselona"nın illik qazancını açıqladı - Fantastik məbləğ

15:09

Fernandu Santuş millimizin heyətini cümə günü açıqlayacaq

14:51

Dünya Kubokunda medal qazanmış parapauerliftinqçilərlə görüş keçirildi

14:33

Onana AL-in finalından öncə belə danışdı

14:15

İspaniya millisinin sabiq oyunçusu karyerasını bitirməyə qərar verdi

13:56

Kasilyas hakimləri "Real"ı "sıxmaq"da suçladı: "Bunun XXI əsrdə baş verməsi..."

13:38

Brahim Konate klubunu dəyişdi: "Şamaxı"dan...

13:21

Lamin Yamal yeni mövsüm üçün nömrə seçimini etdi

13:03

Klopp "Roma"da? - Agenti açıqladı

12:45

"Bir klub mənə yaxınlaşmışdı, dərhal prezidentə məlumat verdim" - Mourinyudan etiraf

12:26

"O, Mbappedən 20 qol az vursa da, ümumilikdə daha çox fayda verir"

12:08

Frimponqun bir ayağı İngiltərə nəhəngində - Tibbi müayinədən keçdi

11:50

Bundesliqa klubunun qapıçısı milli karyerasını başa vurdu

11:31

“Heydər Əliyev Kuboku-2025”: Yarımfinalçılar bəlli oldu

11:13

AFFA rəsmisi FIFA-nın seminarına qatıldı

10:51

Türkiyə çempionu Polşa millisinin üzvü ilə danışıqlara başladı

10:32

Azərbaycan millisinin rəqibləri bilindi

10:24

İnzaqi ÇL-in finalından sonra "İnter"dən ayrılacaq - İddia

phrase_var_core.fb
X