Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la üz-üzə gələcək “Gent”in kapitanı Vadis Ocica-Ofoe təmsilçimizlə oyunları buraxa bilər.
Fanat.Az Belçika mətbuata istinadən xəbər verir ki, 34 yaşlı futbolçu zədələnib.
O, Yupilyer Liqanın XX turunda - “Kortreyk”lə matçda (2:1) sıradan çıxıb. Qarşılaşmanın 16-cı dəqiqəsində zədələnərək əvəzlənən Belçika millisinin sabiq yarımmüdafiəçisi dizindən əməliyyat olunub.
Qeyd edək ki, “Qarabağ” “Gent”ə qarşı ilk görüşünü fevralın 16-da Bakıda, cavab qarşılaşmasını isə bundan 1 həftə sonra Belçikada keçiriləcək.
Nihat