"Qarabağ" fevralın 16-da Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununa çıxacaq.
Belçikanın "Gent" komandasını "Tofiq Bəhramov"da qəbul edəcək Ağdam təmsilçisinin önəmli oyunu ərəfəsində mərkəzi arenada bir sıra işlər görülüb.
Bu barədə Fanat.Az-a "köhlən atlar"ın sözçüsü Gündüz Abbaszadə məlumat verib:
"Stadionun tablosu yenisi ilə əvəz olunub. Bu, daha müasir tablodur. Həmçinin arenanın girişində turniketlər quraşdırılıb. Bundan başqa, stadionun səs avadanlıqları da dəyişdirilib".
Nihat