"Omoniya"nın (Kipr) baş məşqçisi Valdas Dambrauskas Bakıda "Zirə"yə uduzduqları matçdan (0:1) - UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:
"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Nəticə bizim üçün yaxşı olmadı. Ancaq turnirin qrup mərhələsində mübarizə aparacağıq. Bununla bağlı azarkeşləri, klubu təbrik edirəm. Qarşımıza qoyulan əsas məqsədə çatdıq. İlk hissədə rəqiblər bir-biriniə oynamağa imkan vermədi. Buna meydanın vəziyyəti də təsir etdi".
Qeyd edək ki, Kiprdə 6:0 hesablı qələbəyə sevinən "Omoniya" turnirin Liqa mərhələsinə yüksəlib.