Konfrans Liqasının 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq "Qarabağ" - "Gent" matçına bilet satışı davam edir.
Fanat.Az-a Ağdam təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, satışa çıxarılan 31 min biletdən bu saatadək 24 mini sahibini tapıb.
Satışda hələ də bütün kateqoriyalar üzrə biletlər qalıb. Biletləri Iticket.az və kassalardan ala bilərsiniz. Qiymətlər uyğun olaraq 5, 30, 40, 75 və 100 manat təşkil edir.
Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Cavab matçı fevralın 23-də Gentdə olacaq.
Nihat