"Sabah"ın Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.
Fanat.Az xəbər verir ki, Bakı klubu bu raundda Latviyanın RFS komandası ilə üz-üzə gələcək.
Latviya təmsilçisi 1-ci təsnifat mərhələsinin cavab görüşündə Şimali Makedoniyanın "Makedoniya" kollektivinə 4:1 hesabı ilə qalib gəlib. Meydan sahibləri ilk görüşdə də rəqibini üstələmişdi - 1:0.
Xatırladaq ki, "Sabah" RFS-ə qarşı ilk matçını iyulun 27-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.