Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsi başlayacaq.
Fanat.Az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edəcək “Neftçi”, “Sabah” və “Qəbələ” sabah və birisigün mübarizəyə qoşulacaq.
İlk oyun günündə 5 görüş baş tutacaq.
Qeyd edək ki, bu mərhələnin cavab oyunları 1-3 avqustda keçiriləcək.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
25 iyul
19:00. “Atletik” (Andorra) – “Partizani” (Albaniya)
22:00. “Hamrun” (Malta) – “Dinamo” (Tiflis, Gürcüstan)
22:00. TNS (Uels) – “Svift” (Lüksemburq)
22:45. “Ballkani” (Kosovo) – “Larne” (Şimali İrlandiya)
22:45. “Tre Penne” (San Marino) – “Valmiera” (Latviya)